Stadionlarındakı bərbad duruma görə şikayət etdilər
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın “Rayo Vallekano” klubunun oyunçuları və məşqçiləri İspaniya Futbolçular Assosiasiyasına (AFE) şikayət ediblər.
QOL.az xəbər verir ki, bu barədə "sport.es" xəbər yayıb.
Şikayətdə klubun arenası olan “Vallekas” stadionunun vəziyyətindən narazılıq ifadə olunub.
Əsas şikayətlər ot örtüyünün çox pis vəziyyədə olmasına aiddir. Buna görə komanda artıq üç aydır istənilən səviyyədə məşq edə bilmir. Bununla yanaşı, kollektiv ümumi infrastrukturdan da narazılığını bildirib:
"Son bir ayda qazonun vəziyyəti kəskin pisləşib. Hesab edirik ki, bu şərait yüksək səviyyəli oyunların keçirilməsi üçün tələblərə cavab vermir. Soyunma otaqlarında bəzən isti su olmur, otaqlar yaxşı təmizlənmir və La Liqa standartlarına cavab vermir".
Şikayətdə vurğulanır ki, komandanın cari mövsümdə əldə etdiyi qənaətbəxş olmayan nəticələr böyük ölçüdə məhz bu problemlərlə bağlıdır.
Qeyd edək ki, “Rayo Vallekano” İspaniya çempionatının 22 turundan sonra turnir cədvəlində 18-ci yerdə qərarlaşıb və elit diviziondan düşmə zonasında yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Fevral 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















