Stalinin dövrünün mühərrikinin istehsalı davam edir, qiyməti artır
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Rusiyada məşhur ZMZ-523 benzin mühərrikinin qiyməti artıb.
Avtosfer.az xəbər verir ki, əvvəllər 250 min rubla (5300 AZN) təklif olunan V8 karbüratorlu mühərrik indi 350 min rubla (7400 AZN) satılır. İstehsalı 1953-cü ildə başlayan mühərrik öz mənşəyini Stalin vaxtında ABŞ-dan kopyalanmış motorlardan götürür. Hazırda rəsmi texniki adı ZMZ-5234.10-dur.
Artıq biur neçə aydır bu mühərriklərlə komplektləşdirilən PAZ avtobusların da istehsalı dayandırılıb. İndi mühərrik ehtiyat hissə qismində istifadə edilir (böyük ehtimalla ordunun ehtiyaclarını ödəmək üçün – müəl.).
Mühərriklə bağlı daha detallı məlumat bu linkdə:
https://avtosfer.az/az/avtodunya/rusiyada-stalin-dovrunun-muherriki-modernlesdirir-215771
Vüqar


