Stallone döyüşdə uduzan Taysona müraciət etdi: Çempionların çempionu olaraq qal!
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Əfsanəvi Hollivud aktyoru Silvestr Stallone bloqer Ceyk Pol ilə döyüşdə uduzduqdan sonra ağırçəkili boks üzrə keçmiş şəksiz dəfə dünya çempionu olan Mayk Taysonu dəstəkləyib.
Oxu.Az xəbər verir ki, bu barədə aktyor özünün "Instagram" hesabında yazıb.
"Məsələni aydınlatma üçün deyim ki, biznes elə biznesdir. Bəzən ailən üçün fədakarlıq etməli olursan. Mən bu inanılmaz idmançını 19 yaşımdan tanıyıram. Döyməyə davam et, Mayk, çünki heç vaxt sənin kimi adam, sənin kimi qladiator olmayacaq. Çempionlar çempionu olaraq qal!" - Stallone öz dəstəyini bildirib.
Xatırladaq ki, döyüş səkkiz raund davam edib və hakimlərin yekdil qərarı ilə Polun qələbəsi ilə başa çatıb.
Baxış sayı:84
Bu xəbər 20 Noyabr 2024 02:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















