Icma.az
close
up
RU
Stanford Universitetinin siyahısı yalandır Ekspert

Stanford Universitetinin siyahısı yalandır Ekspert

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan elmi saxta reytinqlərlə deyil, real araşdırmalarla yüksəlməlidir

Stanford Universitetinin açıqladığı “dünyanın ən nüfuzlu alimlərin 2 faizi” siyahısında Azərbaycan üzrə 41 tədqiqatçının adı verilib. Təhsil mməsələləri üzrə ekspert Kamran Əsədov “Sherg.az”a açıqlamasında bunu “yalan reytinq” adlandırdı: 

- Dünyanın ən nüfuzlu alimləri sırasında Azərbaycan üzrə 41 tədqiqatçının adının çəkilməsi ilk baxışdan qürur doğurur. Amma bu məlumatlara dərindən baxanda ortaya çox ciddi manipulyasiya və etik problem çıxır. Siyahıda bəzi universitetlərin adları çoxlu sayda “alim”lə təmsil olunur, lakin həmin şəxslər nə o universitetdə işləyirlər, nə də Azərbaycanda yaşayırlar. Xüsusilə bəzi özəl ali məktəblərin – Xəzər Universiteti və Qərbi Kaspi Universitetinin siyahıda yer alan “tədqiqatçıları”na baxanda görürsən ki, onların adlarının əksəriyyəti nə azərbaycanlıdır, nə də həmin universitetlə faktiki əlaqəsi var. Onların hər biri ya ABŞ-də, ya Avropada, ya da Asiyanın elmi mərkəzlərində çalışan alimlərdir (siyahıda Rehman Hamood Ur, Rouhasan Behnam, Moradi Rasoul və başqalrının adı verilib - M.R.). Sadəcə öz elmi məqalələrində “affiliation” bölməsində bu universitetlərin adlarını yazıblar. Əslində, bu, həmin universitetlərin xarici tədqiqatçılara pul ödəyib öz adlarını “affiliation”da (hansısa quruma bağlı, hansısa qurumun üzvü olmaq) göstərmək praktikasının nəticəsidir. Yəni faktiki olaraq Azərbaycandakı həmin universitetlərdə bu alimlər yoxdur, onlarla tələbə görüşü də mümkün deyil, heç bir laboratoriyada işləmirlər, elmi mühitlə əlaqələri yoxdur. Sadəcə bir sənəddə ad çəkilib, nəticədə universitet reytinqdə “araşdırma mərkəzi” kimi görünür. Amma bu, kağız üzərində olan, saxta bir görüntüdür. Belə yalan və manipulyativ “reytinq”lər ölkənin elmi nüfuzuna zərbə vurur, real tədqiqatla məşğul olan yerli alimlərin əməyini kölgədə qoyur. Əsl sual budur: bizə belə yalan reytinq lazımdırmı? Universitetin məqsədi rəqəmləri şişirtmək, adını beynəlxalq siyahılarda göstərmək deyil, elmi mühit formalaşdırmaq, real tədqiqat aparmaq, gənc alimlər yetişdirmək olmalıdır. Akademik dürüstlük və şəffaflıq olmadan heç bir reytinqin mənası yoxdur. Azərbaycanın elmi adını belə yalan göstəricilərlə deyil, real araşdırmalarla yüksəltmək lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2025 04:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri