Icma.az
close
up
RU
“STARLİNK” AZƏRBAYCANDA: NƏ DƏYİŞƏCƏK? “Hökumətin ölkədə belə bir imkan yaratması ciddi məsələdir”

“STARLİNK” AZƏRBAYCANDA: NƏ DƏYİŞƏCƏK? “Hökumətin ölkədə belə bir imkan yaratması ciddi məsələdir”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Uzun müddət “Starlink” peyk internetinin Azərbaycan bazarına daxil ola bilməməsi, tənzimləyici qurumlardan, qanunvericilikdə nəzərdə tutulan qaydada DTX-dan icazə məsələləri müzakirə predmeti olmuşdu. Nəhayət, hökumət həm də 4-cü magistral operator hesab olunacaq bir provayderin internet bazarına girişinə icazə verib. Bu, nəyi dəyişəcək?

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz hesab edir ki, çox şeyi dəyişəcək. Onun sözlərinə görə, “Starlink” sadəcə yeni bir internet provayderi deyil. “Bu, Azərbaycan internetinin daha da müstəqilləşməsi, alternativliyin artması və həm də, necə deyərlər, rəqəmsal ədalətin genişlənməsi deməkdir”.

Ekspert xatırladır ki, bəzən, siyasi müxaliflər, ictimai fəallar, siyasi jurnalistlər internet bağlantısı imkanlarının olmaması, onun məhdudlaşdırılması və izlənilmə ilə bağlı açıqlamalar verirdilər: ““Starlink” peyk interneti isə, baha olsa da, dünyada daha müstəqil və hökumətlərin müdaxiləsindən daha az asılı bağlantı hesab olunur. Əlbəttə, əgər hökumət icazə veribsə, düşünmək olar ki, “Starlink”-lə də sorğu əsasında qanunvericilikdə nəzərdə tutulan məlumatların hökumətə təqdim edilməsi məqamları nəzərə alınıb. Amma istənilən halda hökumətin ölkədə belə bir imkan yaratması ciddi məsələdir.

Bununla da ölkədə informasiya azadlığı və internet azadlığının daha da inkişaf edəcəyini proqnozlaşdırmaq olar”.

O.Gündüz bildirir ki, eyni zamanda ölkəmizdə ucqar kəndlər, dağlıq bölgələr, sərhəd əraziləri üçün həyat dəyişəcək. “İllərlə keyfiyyətli internetdən məhrum olmuş ucqar məktəblər, bələdiyyələr, mədəniyyət evləri, kitabxanalar, dənizdəki platformalar, tikinti-kəşfiyyat sahələri, aqro təsərrüfatlar qlobal şəbəkəyə çıxış əldə edə biləcəklər. Bu isə ölkədə rəqəmsal transformasiyaya daha da təkan verəcək”, - o vurğulayıb.

AİF prezidenti Azərbaycanda indiyədək 3 bəkbon (magistral) provayder olduğunu xatırladır: “Yəni ölkəyə interneti 3 qurum gətirirdi. İndi isə bunların sayı 4 oldu. Yəni “Starlink” ölkəmizdə magistral provayder hesab oluna biləcək bir operatordur. Biz 16 noyabr 2015-ci il ildə “Delta Telecom”-da baş verən partlayışla ölkəyə daxil olan internetin bir nöqtədən asılı olmasının ciddi fəsadlarını görmüşük. Daha müstəqil 4-cü magistralın, “Starlink”-in ölkəmizdə fəaliyyətə başlaması Azərbaycan internetinin dayanıqlığı və informasiya təhlükəsizliyi üçün də mühüm addımdır. Düşünürərm ki, “Starlink”-in bazara daxil olması internet və mobil sektorda rəqabət və keyfiyyətin artmasına da müsbət təsir göstərəcək”.

O.Gündüz onu da qeyd edir ki, RİNN-in ölkə üzrə internet problemini həll edəndən sonra “Starlink”-i Azərbaycan bazarına buraxması da diqqəti cəlb edir: “Görünən odur ki, mobil operatorlar hər gün bəsit xidmətlərinin tariflərini qaldırırlar, keyfiyyətə və yeni xidmətlərə, 5G-yə etinasız yanaşırlar. Bəzən, müşahidə edirik ki, bəzi ənənəvi provayderlər xidmət göstərdikləri ərazilərdə alternativlərin olmamasından sui-istifadə etməkdə, inhisarçılıq yaratmaqda maraqlı olurlar. Güman ki, “Starlink” belə halların qarşısnın alınmasında da ciddi rol oynayacaq”.

Osman Gündüz sonda vurğulayıb ki, qlobal bir operatorun, gec də olsa, Azərbaycan bazarına daxil olması ciddi hadisədir. Onun sözlərinə görə, bu, ölkədə innovasiyaların, transformasiyanın inkişafına xeyli müsbət təsir göstərəcək. Ekspert xatırladır ki, nazir Rəşad Nəbiyev bir neçə dəfə “Starlink” rəsmiləri ilə görüşüb. “Hökumətin, RİNN-in bu istiqamətdə səyləri təqdirəlayiqdir”, - AİF prezidenti fikrini yekunlaşdırıb.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri