Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

STEAM təhsil proqramı: yeni dövrün çağırışlarına hazırlıq

STEAM təhsil proqramı: yeni dövrün çağırışlarına hazırlıq

Icma.az bildirir, 525.az portalına istinadən.

2024-2025-ci tədris ilində STEAM Azərbaycan layihəsi 398 məktəbi, 252 min 711 şagirdi əhatə edib. STEAM təhsili alan şagirdlərin 47 faizi qız, 53-ü isə oğlandır. Bundan başqa, 21 STEAM mərkəzi, bir STEAM İnnovasiya mərkəzi fəaliyyət göstərir. Gələn ilə qədər ölkə üzrə bütün məktəbli qızların STEAM layihəsinə cəlb olunması əsas hədəflərdəndir.

"STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov deyir ki, hazırda "STEAM Azərbaycan" layihəsi 250 min şagirdi əhatə edir. Bu ildən artıq layihəyə 4-9-cu sinif şagirdləri cəlb edilir. Hazırda ölkədə 21 STEAM Mərkəzi fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə iki mərkəz yaradılıb artıq.

STEAM təhsili tənqidi düşüncə, yaradıcılıq və əməkdaşlıq kimi bacarıqları inkişaf etdirməklə şagirdləri XXI əsrin çağırışlarına hazırlamaq məqsədi daşıyır. O, bir çox real dünya çağırışları və innovasiyaların fənlərarası yanaşma tələb etdiyi reallığını əks etdirərək dünyanın daha vahid və bir-biri ilə əlaqəli dərkini təşviq edir. STEAM təhsil proqramı şagirdlərin biliklərini praktiki şəkildə tətbiq edə biləcəkləri layihə əsaslı öyrənmə təcrübələrini ortaya qoyur. Bu yanaşma şagirdləri öyrənməyə cəlb etməyə və öyrənmənin onların həyatlarına, eləcə də gələcək karyeralarına daha uyğun olmasına köməklik göstərir.

STEAM təhsil proqramının məqsədi təhsilalanlarda XXI əsr bacarıqlarını formalaşdırmaq və inkişaf etdirməklə real həyat problemlərinin həllinə nail olmaqdır. Bir parçası olduğumuz rəqəmsal əsrin tələblərinə uyğunlaşa bilmək üçün XXI əsr bacarıqlarını özündə formalaşdırmış mütəxəssislərə ehtiyac duyulur. İstənilən ölkə inkişaf etmək, öz regionunda liderlik edə bilmək üçün məhz vətəndaşlarının XXI əsr bacarıqlarının inkişaf etdirilməsinə önəm verir. Bu baxımdan inkişaf etmiş ölkələr təhsil sistemlərində STEAM, proqramlaşdırma, robotiks və sair kimi innovativ istiqamətlərə üstünlük verməkdədirlər. STEAM metodikası təhsilalanlara bilikləri nəzəri olaraq deyil, məhz tətbiqi xüsusiyyətlərini aşkarlayaraq çatdırmağı hədəfləyir. Bu zaman şagirdlər riyaziyyat və təbiət fənlərində araşdıraraq və tədqiq edərək mənimsədikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, müxtəlif layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəklində işləmək bacarıqlarını, məntiqi təfəkkürlərini, problem həlletmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndikləri məlumatları tətbiq etdikləri üçün daha yaxşı mənimsəyir, məlumat daha uzun müddət onların yaddaşında qalır. Seçilən problem və icra olunan layihələrin real həyatla əlaqəliliyinə, həmçinin şagirdyönümlü olmasına xüsusi diqqət edilir.

Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin əməkdaşı Səbinə Balayeva deyir ki, yaşadığımız əsrdə nəyisə bilməyin artıq üstünlük yaratmadığı məlumdur. Davamlı və sürətli dəyişikliklərin baş verdiyi bu əsrdə üstünlük yaradacaq amillərin nəzəri biliklərdən çox, bacarıqlar olduğu artıq bir sıra beynəlxalq qurumlar tərəfindən də təsdiqlənir. Bütün bunları nəzərə alaraq, şagirdlərin bacarıqlarını, xüsusilə "XXI əsr bacarıqları" adlandırılan bacarıqlarını inkişaf etdirir və onları gələcək rəqabətə hazırlayırıq: "Dünya İqtisadi Forumu tərəfindən bu bacarıqlar 3 kateqoriyada təsvir edilib: Təməl savadlar - şagirdlərin əsas bacarıqlarını gündəlik fəaliyyətlərində necə tətbiq edəcəklərini əks etdirir. Bu bacarıqlar şagirdlərdə baza rolunu oynayaraq daha təkmil, əhəmiyyətli kompetensiya və şəxsi keyfiyyətləri formalaşdırmağa imkan verir. Bu bacarıqlara təkcə oxumaq və hesablama aparmaq yox, elmi savadlılıq, İKT savadlılığı, maliyyə savadlılığı, mədəniyyət və vətəndaşlıqla bağlı savadlılıq daxildir. Ənənəvi təhsil əsasən bu bacarıqların əldə edilməsinə fokuslanır, lakin hal-hazırda bu bacarıqlar XXI əsr bacarıqlarını inkişaf etdirmək üçün baza hesab edilir. Kompetensiyalar - şagirdlərin qarşılaşdıqları mürəkkəb çətinliklərə necə yanaşacağını açıqlayır. Məsələn, tənqidi düşünmə, qarşılaşılan problemləri həll etmək üçün vəziyyəti, ideyaları və məlumatları aydınlaşdırma, təhliletmə və qiymətləndirmə bacarığıdır. Şəxsi keyfiyyətlər - şagirdlərin dəyişən mühitə necə yanaşdıqlarını ifadə edir. Sürətlə dəyişən bazar şəraitində əzmkarlıq, uyğunlaşma kimi şəxsi keyfiyyətlər, maneələr qarşısında çeviklik və müvəffəqiyyəti təmin edir".

Onun sözlərinə görə, tənqidi düşüncə, problem həlli və analitik bacarıqlar - STEAM dərsləri adətən praktik layihələr və real dünya problemlərinin həlli fəaliyyətlərini əhatə edir. Bu, şagirdləri tənqidi düşünməyə, məlumatları təhlil etməyə və mürəkkəb problemlərin effektiv həlli yollarını inkişaf etdirməyə təşviq edir. STEAM dərsləri çox vaxt tənqidi düşüncə və analitik bacarıqlar tələb edən praktiki, layihəəsaslı öyrənməni əhatə edir. Yaradıcılıq və innovasiya - İncəsənətin STEAM-ə daxil edilməsi yaradıcılıq və innovasiyaya təkan verir. Şagirdlər "dar çərçivə" xaricində düşünməyə, müxtəlif perspektivləri araşdırmağa və problemlərə yaradıcı həll yolları tapmağa təşviq edilir. Bu, sürətlə dəyişən dünyada çox vacib olan innovativ təfəkkürün inkişafına kömək edir. Bir çox STEAM layihələri ümumi məqsədlərə nail olmaq üçün müxtəlif komandaların əməkdaşlıq etdiyi real dünya problemlərini, əməkdaşlıq bacarıqlarını inkişaf etdirərək effektiv ünsiyyət qurmağı, fikirləri bölüşməyi və birlikdə işləməyi öyrənir. Robotun layihələndirilməsi və proqramlaşdırılmasını əhatə edən qrup layihələri - hər komanda üzvü əməkdaşlıq və komanda işini təşviq edən proqramçı, mühəndis və ya layihə meneceri kimi xüsusi bir rol alır: "STEAM dərsləri texnologiya və elmi irəliləyişlərin etik təsirlərinə toxunur. Bu, sosial məsuliyyət hissini, elmi və texnoloji inkişaflarla bağlı etik mülahizələrin dərk edilməsini təşviq edir. Gen mühəndisliyi və ya süni intellekt kimi elmi nailiyyətlərin sosial təsirləri və nəticələrinin müzakirəsi şagirdlərin etik mülahizələri araşdıran debatlar və ya layihələrdə iştirak etməsi buna misal ola bilər. Bir çox STEAM layihələri şagirdləri işlərinin daha geniş təsirini nəzərə almağa təşviq edən qlobal perspektivə malikdir. Bu, qlobal şüurun və bir-biri ilə əlaqəli problemlərin anlaşılmasına kömək edir. Bir çox müasir çağırışlar qlobal xarakter daşıyır. STEAM təhsili qarşılıqlı əlaqəyə vurğu edərək şagirdləri qlobal perspektivləri və həll yollarını nəzərdən keçirməyə təşviq edir. Bu da XXI əsrdə fərdləri qlobal vətəndaş olmağa hazırlamaq üçün vacibdir. Fərqli region və ya ölkələrdən olan şagirdlərlə ortaq bir layihədə əməkdaşlıq etmək, şagirdləri müxtəlif perspektivlərlə tanış etmək və qlobal düşüncə tərzini inkişaf etdirmək buna misal göstərilə bilər. STEAM təhsili öyrənmə sevgisini və öyrənmənin davamlı, ömürboyu davam edən bir proses olduğunu başa düşməyi təşviq edir. Şagirdlər həyatları boyunca yeni informasiya və texnologiyalara uyğunlaşmaq üçün lazımi bacarıq və düşüncə tərzini inkişaf etdirirlər".

Səbinə Balayevanın söylədiyinə görə, fənlərarası öyrənmə və problemlərin həlli - STEAM təhsili mahiyyət etibarilə fənlərarası əlaqəni qurmaq, təfəkkürün inkişafi və problemlərin həllini təşviq edir. Bu yanaşma şagirdləri real dünya problemlərini həll etmək üçün müxtəlif sahələrdən biliklərdən istifadə etməyə təşviq edir, mürəkkəb məsələlərin vahid anlayışını gücləndirir. Məsələn, günəş enerjisi ilə işləyən suvenir və ya stolüstü lampaların, heykəllərin hazırlanması, küçə işıqlandırma sistemləri və yol hərəkəti nişanlarının layihələndirilməsi, qurulması, problemin həllinə fənlərarası yanaşmanın təşviq edilməsi buna misal ola bilər: "Real dünya tətbiqləri və real həyata adaptasiyanın vacib olduğu STEAM təhsili bilik və bacarıqların sürətlə yenilənən hazırkı dünyada tətbiqinin vacibliyini vurğulayır. Şagirdlər gələcək karyeralarında qarşılaşa biləcəkləri çətinlikləri əks etdirən praktik layihələrlə məşğul olurlar və bu, öyrənmə təcrübəsini daha mənalı və praktik edir".

O qeyd edib ki, STEAM təhsili şagirdləri imkanları müəyyən etməyə, risk götürməyə və innovativ düşünməyə həvəsləndirərək sahibkarlıq təfəkkürünü inkişaf etdirir. Bu bacarıqlar təkcə sahibkarlıqla maraqlananlar üçün deyil, həm də müxtəlif peşə fəaliyyətlərində uğur qazanmaq üçün dəyərlidir. "STEAM dərslərinin ənənəvi tədris metodlarından necə kənara çıxdığını nümayiş etdirir və şagirdləri müasir dünyada uğur üçün vacib olan XXI əsrin müxtəlif bacarıqlarını inkişaf etdirərək tədris prosesində fəal iştiraka təşviq edir. Beləliklə, STEAM dərsləri müxtəlif fənləri birləşdirən və XXI əsrdə uğur üçün vacib olan bacarıqların inkişafına təkan verən təhsilə vahid yanaşma təmin edir. STEAM təhsilinin praktiki, fənlərarası xarakteri şagirdləri müasir dünyanın çağırışları və imkanları ilə üzləşməyə hazırlayır".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Mart 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri