Icma.az
close
up
RU
“Stimul Hospital“ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar... ŞİKAYƏT

“Stimul Hospital“ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar... ŞİKAYƏT

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1988-ci il təvəllüdlü Süleymanov Ceyhun Akif oğlunun yanvarın 21-də müalicə aldığı “Medilife” klinikasında dünyasını dəyişməsi barədə xəbər verilib.

Mərhumun anası Afayət Süleymanova Musavat.com-la əlaqə saxlayaraq hadisənin təfərrüatı barədə danışıb.

Onun sözlərinə görə, oğlu Ceyhun Süleymanov babasildən əziyyət çəkdiyi üçün “Stimul” klinikasına müraciət edib. Orada həkim Ləman Xasıyevanın qəbulunda olub.

“Müayinə üçün “Stimul”a getmişdi. Ordan mənə zəng etdi. Dedi ki, təzyiqi olduğu üçün həkim ona iynə vurmağı təklif edib. İynəni də Ceyhun özü alıb gətirib. “Stimul”da iynəni vurduqdan sonra Ləman Xasıyeva oğluma deyib ki, burada narkoz yoxdur. Ona görə də Ceyhundan “Medilife” klinikasına getməsini istəyib. Ceyhun gedəndən sonra Ləman Xasıyeva da ora gəlib. Yolda Ceyhun mənimlə yenə danışdı”, - deyə mərhumun anası qeyd edib.

Afayət Süleymanova deyib ki, oğlu “Medilife” klinikasında olan zaman onunla yenidən əlaqə saxlayıb və yaxşı olduğunu bildirib: “Mənə dedi ki, 3-4 dəfə bağırsaqlarını yuyublar və hər şey qaydasında olub. Deyirdi ki, mama, çox rahatlamışam. Hətta klinikada olanda video da çəkmişdi. Ayaq üstə dayanıb, sağlam, özündə olan adam. Bir saat içində nə ola bilərdi?”

Ailəsi sonuncu danışıqdan sonra Ceyhun Süleymanovdan xəbər ala bilməyib. Bir neçə saat sonra onlara zəng edərək Ceyhunun dünyasını dəyişdiyini deyiblər: “Mən xəstə adamam. Ona görə də mənə bu barədə heç nə deməyiblər. Klinikada olanda Ceyhunun yanında iş yoldaşının oğlu olub. Onun sözlərinə görə, birdən həkimlər koridorda qaçmağa başlayıb. O da nə baş verdiyini soruşanda deyiblər ki, xəstəni ayılda bilmirik.

Hadisəni biləndən sonra kürəkənim və Ceyhunun əmisi oğlanları klinikaya gediblər. Görüblər ki, mərhumu palataya uzadıblar. Yanında da heç kim olmayıb. Oradan Sabunçuya, morqa aparıblar”.

Afayət Süleymanova bildirib ki, oğlunun ölümündən sonra nə həkim, nə də klinikadan kimsə onlara məlumat verib. Sadəcə, polisdə olan zaman həkim Ləman Xasıyevanın dediyi ilk məlumatdan xəbər tutublar.

“Müstəntiq bizə dedi ki, həkim Ləman Xasıyevadan izahat alıblar. Həkim izahatında deyib ki, Ceyhuna kofein vurublar. Deyiblər ki, təzyiqi düşüb. Oğlum özündə olub. Yaxşı, təzyiqi düşmüşdüsə, niyə müayinə edib bilməyiblər? İndi oğlumun ölümündən sonra deyirlər ki, təzyiqi düşüb. Ceyhuna iynə də aldırıblar. Sonra da həmin iynəni vurublar. Buradan aydın olur ki, həqiqəti demirlər. Nəyisə gizlədirlər. Sağlam adamın birdən-birə təzyiqi niyə düşdü?

İndi biz bilmirik ki, oğluma nə vurublar, nə ediblər. Bundan sonra da ayılmayıb. Ətraflı heç nə bilmirik. Ekspertizanın cavabının bir ay sonra çıxacağı deyilir. Ceyhunun ölümünə səbəb olanların layiqli cəza almasını, işin ədalətli araşdırılmasını tələb edirik. Bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyik”, - deyə A.Süleymanova açıqlamasına əlavə edib.

Qeyd edək ki, mərhumun iki övladı olub.

Klinikadan Musavat.com-a bildirilib ki, hazırda mövzu ilə bağlı sualları cavablandıracaq məsul şəxs yoxdur.

Xatırladaq ki, ötən il jurnalist Fərahim İlqaroğlu anası Bahar Qasımovanın "Stimul Hospital"da sistem köçürüldükdən sonra dünyasını dəyişdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Yanvar 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri