Icma.az
close
up
RU
Stomatoloji kabinetlərdə təhlükə. Ölümcül infeksiyalara yoluxa bilərsiniz!

Stomatoloji kabinetlərdə təhlükə. Ölümcül infeksiyalara yoluxa bilərsiniz!

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

"Bu günə qədər QİÇS-lə Mübarizə Mərkəzinə  stomatoloji xidmətlərdən istifadə edərkən İİV-ə yoluxma faktı ilə bağlı müraciət daxil olmasa da, stomatoloji kabinetlərdə İİV virusuna yoluxma təhlükəsi var".

Bunu medicina.az-a müsahibəsində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib.

Şöbə müdiri deyib ki, insanlar ilk öncə stomatoloji kabineti və stomatoloji klinika anlayışlarını ayırd etməlidirlər: "Əgər hər hansı şəxs stomatoloji kabinetə gedirsə, daha ciddi diqqət yetirməlidir. Çünki yalnız stomatoloji klinikalarda qanlı prosedurlar, qanlı əməliyyatlar həyata keçirilməsinə icazə verilir. Dişin çıxarılması özü kiçik cərrahi əməliyyatdır, bu, mütləq stomatoloji klinikalarda həyata keçirilməlidir, stomatoloji kabinetlərdə yox. Sözsüz ki, bəzi stomatoloji kabinetlər buna riayət etmir, dişin çıxarılması ilə məşğul olurlar, biz bunu da görürük. Stomatoloji kabinetlərdə bu hallarda sözsüz ki, alətlərdən istifadə edilir.

Hər iki halda vətəndaşlar ilk növbədə təmizliyin necə olmasına diqqət yetirməlidirlər. Bundan əlavə, sterilizator və paketləmə qurğusunun olub-olmadığına nəzarət edilməlidir. Vətəndaşlar ağız boşluğunda adi prosedurlar, dişlərin ağardılması və digər proseslərin hamısında həmin bu alətlərin paketlənmə qurğusundan çıxmasının şahidi olmalıdırlar. Yəni həmin alətlər steril paketlərdən çıxarılaraq istifadə edilməlidir.

Görürsünüz ki, stomatoloq  həmin alətlərin yığıldığı qabdan bir aləti seçib çıxarır, istifadə edir, buna qətiyyən yol vermək olmaz. Belə hal olarsa, bu o deməkdir ki, bu alətlər sterilizasiya edilməyib. Sözsüz ki, vətəndaşların həmin yerdən çıxıb getmələri məsləhətdir. Çünki həmin yerdə nəinki virus ola bilər, həm də bakterioloji yoluxmalara məruz qala bilərlər. Bir məqamı da qeyd edim.

İmplantlar özü virus daşımır, virus qanın tərkibində, bioloji mayelərdə olur. Lakin həmin implantların qoyulması zamanı istifadə edilən alətlərin çirklənməsi artıq yoluxma riskini artırır".    

N. Zülfüqarov hesab edir ki, bu sahədə problem tədricən həll olunur: "Kifayət qədər böyük klinikalar fəaliyyət göstərir. Hər bir vətəndaş ilk növbədə öz sağlamlığının qorunmasına nəzarət  etməlidir. Vətəndaşların stomatoloji kabinetlər əvəzinə stomatoloji klinikalardan  istifadə etməsi məqsədə uyğundur".

Nəzərinizə çatdıraq ki, steril olmayan şəraitdə dişin çıxarılması və s. kimi manipulyasiyalar zamanı QİÇS-dən əlavə bir çox digər təhlükəli infeksiylalara, o cümlədən hepatitlərə yoluxma riski çoxdur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri