Icma.az
close
up
RU
Stomatoloqlar narazıdır: Nə tibb prinsipinə uyğundur, nə də...

Stomatoloqlar narazıdır: Nə tibb prinsipinə uyğundur, nə də...

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

TƏBİB-in dövlət müəssisələrində çalışan stomatoloqlardan hər iş otağı üçün paytaxtda aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul tələb etməsi barədə yayılan məlumatlar narazılıqlara səbəb olub. Stomatoloqlar yanaşmanın doğru olmadığını bildirirlər. 

Azərbaycanda fəaliyyət göstərən bir qrup stomatoloq TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) stomatoloji müəssisələrdən pul tələb etdiyini bildirir. Stomatoloqlar sosial şəbəkələrdə iddia edirlər ki, TƏBİB dövlət müəssisələrində çalışan stomatoloqlara hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul tələb edir. Həkimlər bildirirlər ki, icarə haqqı məsələsi peşə fəaliyyətinə və maddi rifaha ciddi təsir göstərən problemdir. 

News24.az xəbər verir ki, stomatoloq Tural Mirzəyev "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, bu tələbin heç bir hüquqi əsası yoxdur: "Xarici ölkələrdə stomatoloji xidmətin ən azı 70%-i sığorta hesabına qarşılanır. Hazırda dövlət poliklinikalarında kifayət qədər sosial durumu aşağı olan insan stomatoloji xidmət alır. TƏBİB bu tələbi irəli sürməklə dövlət poliklinikalarının bağlanmasına və ictimai narazılıqlara səbəb olacaq”.

Həkim vurğulayır ki, hər kəsin maddi durumu özəl stomatoloji kabinetlərdə xidmət almağa imkan vermir: "Rayonlarda durum daha acınacaqlıdır. Kənd yerində çalışan stomatoloq 1200 manatı haradan tapıb ödəyəcək? TƏBİB-in stomatoloji xidmətin keyfiyyətindən xəbəri varmı? Materialları belə həkimlər özləri alır. Dünyanın harasında uşaq stomatologiyası dövlət poliklinikasında ödənişlidir?!”.

Tural Mirzəyev deyir ki, 1200 və 1800 manatlıq "plan" tələbi, nə tibbi prinsiplərə, nə də real iqtisadi və sosial şəraitə uyğundur: "Bu "plan”lar həkimlərə qarşı maddi və psixoloji təzyiq vasitəsinə çevrilib. Bu sistem yalnız vicdanla çalışan həkimlərə deyil, ümumilikdə stomatoloji xidmətlərin keyfiyyətinə mənfi təsir göstərir. Məlum qərarlar fonunda tibbi və stomatoloji təhsili olmayan, qanunsuz şəkildə diş müalicəsi və protezləşmə ilə məşğul olan şəxslərə qarşı hansısa cəza tədbiri görülmür. Əksinə, təhsilli, lisenziyalı və peşəkar stomatoloqlara qarşı təzyiqlər artır, işdən çıxarılma təhlükəsi ilə qarşı-qarşıya qalırlar. Biz, stomatoloqlar olaraq bu ədalətsizliklərə qarşı çıxırıq”.

Almaniyada stomatoloq kimi fəaliyyət göstərən həmyerlimiz Pərviz Rəhimli bildirir ki, xüsusilə bölgələrdə fəaliyyət göstərən həkim-stomatoloqlar üçün bu qərar maliyyə baxımından əlavə yük yarada bilər: "Ödənişlərin məqsədi və hüquqi əsaslandırması tam şəkildə izah olunmadığı üçün bu, şəffaflıq və ədalətlilik prinsipləri ilə bağlı suallar doğurur. Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Mannheim şəhərində TƏBİB nümayəndələri ilə keçirilən görüş zamanı stomatoloqların fəaliyyəti ilə bağlı verdiyimiz sualı cavablandırılarkən, Azərbaycanda stomatologiyanın ən çətin nəzarət olunan sahələrdən biri olduğu vurğulandı. Bu yanaşma nəzarətin zəruriliyini göstərsə də, sahədəki dərin struktur problemlərin - qeyri-leqal fəaliyyət, lisenziyasız klinikalar, saxta həkimlər və haqsız rəqabətin - hələ də sistemli şəkildə həll olunmadığını ortaya qoyur. Belə bir şəraitdə stomatoloqlara əlavə aylıq ödəniş tələbinin irəli sürülməsi, xüsusilə dövlət klinikalarında çalışan, vicdanla və protokollara uyğun işləyən mütəxəssislər üçün ciddi çətinliklər yarada bilər. Bu ödənişi ödəməyə məcbur edilən həkimlər istər-istəməz göstərilən xidmətlərin qiymətini artırmağa məcbur qalacaq və bu da birbaşa olaraq vətəndaşların üzərinə əlavə maliyyə yükü qoyacaq”.

Həkim müqayisə üçün Almaniya modelinə nəzər salmağı faydalı hesab edir: "Almaniyada stomatoloqlardan müalicə otağı üçün sabit aylıq rüsum alınmır. Stomatoloqlar - istər dövlət, istər özəl klinikalarda - protokollara uyğun işləmək, keyfiyyətli tibbi xidmət göstərmək və pasiyent məmnuniyyətini təmin etmək öhdəliyi daşıyırlar. Qarşılığında isə ya sabit yüksək maaş alırlar, ya da klinikaya gətirdikləri gəlirə əsasən maaş və bonuslarla təmin olunurlar. Eyni zamanda, onlar yüksək vergi öhdəliklərini yerinə yetirirlər. Ən əsası, Almaniyada stomatoloji xidmətlərin maliyyə modeli göstərilən xidmət və sığorta sistemləri üzərində qurulub. Bu model həm stomatoloqların fəaliyyətini sabit və şəffaf şəkildə davam etdirməsinə, həm də pasiyentlərin daha əlçatan və keyfiyyətli xidmət almasına imkan yaradır”.

O vurğulayır ki, Azərbaycanda da stomatoloji sahədə islahatlar həyata keçirilərkən beynəlxalq təcrübə, xüsusilə şəffaf və effektiv idarəetmə modelləri nəzərə alınmalıdır: "Əlavə rüsumların tətbiqi arzuolunan nəticələri verməyəcək, əksinə, peşəkar stomatoloqların fəaliyyətini daha da çətinləşdirəcək və vətəndaşlara göstərilən xidmətin keyfiyyətinə mənfi təsir göstərəcək”.

TƏBİB-dən isə bildirilib ki, müəssisələrin maliyyə uçotundan yayınması halları müşahidə edilib: "Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və bu sahədə şəffaflığın artırılması məqsədilə müəyyən təhlil və qiymətləndirmə işləri aparılıb. Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda fəaliyyət göstərən stomatoloqların xidmət həcmi və mövcud şərait araşdırılıb. Ödənişlərin rəsmi, nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib”.

TƏBİB vurğulayır ki, qarşılıqlı əməkdaşlıq və açıq dialoq prinsiplərinə əsaslanaraq həm stomatoloji xidmət göstərən həkimlərin, həm də pasiyentlərin maraqlarını qorumağa davam edəcək: "Bununla belə, konkret plan və ya öhdəliklərin rəsmi şəkildə tətbiq edilməsi barədə hər hansı qərar qəbul edilməyib. Hazırda məsələ yalnız müzakirə və təklif mərhələsindədir. TƏBİB rəhbərliyinin iştirakı ilə bir qrup həkim-stomatoloqla müzakirələr aparılıb və danışıqlar müsbət nəticə ilə bitib”.

Məlumat üçün bildirək ki, bir qrup stomatoloq yeni tələb və qaydaların yaratdığı sualları aydınlaşdırmaq üçün qurumun binasında toplaşıblar. Onlar jurnalistlərə açıqlamasında etiraza səbəb olan məsələlərə TƏBİB tərəfindən aydınlıq gətirildiyini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 May 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri