Icma.az
close
up
RU
Strateji əməkdaşlıq və regional inteqrasiya nəticəsində ölkələr arasında əlaqələr genişlənir

Strateji əməkdaşlıq və regional inteqrasiya nəticəsində ölkələr arasında əlaqələr genişlənir

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Zirvə görüşü Türk dünyasında strateji dialoqun gücləndirilməsi baxımından əlamətdar olub. Görüşdə bir çox aktual regional və qlobal məsələlər müzakirə olunub, birgə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib. Bu mötəbər toptantı TDT-nin beynəlxalq nüfuzunun artdığını və yeni geosiyasi reallıqlar fonunda türk dövlətlərinin birgə mövqeyinin önəmini bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”.
Prezident İlham Əliyev TDT-nin hər zaman möhkəmlənməyə zəruri ehtiyacı olduğunu çıxışlarının birində xatırladaraq, bu istiqamətdə Azərbaycan tərəfindən bir çox tədbirlər keçirildiyini vurğulayıb, hazırda da bu istiqamətdə daha bütöv, daha birləşmiş şəkildə gələcəyə doğru addımlar atıldığını bildirib. Dövlətimizin başçısı bu əminliyin təsadüfi olmadığını qeyd edərək deyib: “Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir”.
Ümumilikdə türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir. Böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Dövlət başçısı İlham Əliyev türk dünyasını böyük bir ailə kimi dəyərləndirir. Belə bir çağırışı səsləndirir ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Reallıq budur ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi regionda, dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə, , həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana davamlı səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hər bir sənəd münasibətlərin inkişafında hüquqi bazadır.
Dövlətimizin başçısı İlham Əliyev çıxışında TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik
Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının əhəmiyyətini və türk birliyi idealını dəstəkləməsi ölkənin xarici siyasət prioritetlərindən biridir.
Türkiyə dövlətlərinin enerji, nəqliyyat, maliyyə, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığı Azərbaycana xarici ticarət həcmini artırmağa və regional sabitliyə töhfə verməyə imkan verib. Bunun nəticəsidir ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına və türk birliyi idealına dəstək verməsi strateji ölçüyə malikdir. Bu birlik həm regional, həm də qlobal miqyasda ölkəmizin maraqlarına xidmət edən struktur yaradır və ölkənin beynəlxalq aləmdə nüfuzunu gücləndirir. Türk dövlətlərinin birliyi və əməkdaşlığı perspektivində dövlətimizin rolu gələcək ortaq məqsədlərin həyata keçirilməsində əsas amil kimi mühüm olaraq qalacaqdır.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see222

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see213

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see181

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see134

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see131

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see130

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see121

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see121

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see120

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri