Icma.az
close
up
RU
Strateji tərəfdaşlar müdafiə sahəsində əməkdaşlığı hədəfləyir

Strateji tərəfdaşlar müdafiə sahəsində əməkdaşlığı hədəfləyir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Çin ilə Azərbaycan arasında əlaqələr güclənir...

Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq dövlətlərin strateji prioritetləri sırasında xüsusi yer tutur. Qlobal və regional təhlükəsizlik mühitinin sürətlə dəyişdiyi bir dövrdə ölkələr arasında qarşılıqlı etimada əsaslanan tərəfdaşlıqların qurulması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan ilə Çin arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi hər iki dövlət üçün perspektivli və strateji əhəmiyyətli istiqamət kimi çıxış edir. Dünya siyasətinin mürəkkəb və sürətlə dəyişən mənzərəsində Azərbaycan-Çin münasibətləri xüsusi strateji çalarları ilə seçilir. Özündə müasir nizamın konturlarını əks etdirən bu tərəfdaşlıq müasir geosiyasi reallıqların əməkdaşlıq nümunəsinə çevrilib. Son illərdə qarşılıqlı münasibətlərin intensiv xarakter alması, siyasi iradənin iqtisadi, humanitar və texnoloji sahələrdə real nəticələrə çevrilməsi Azərbaycan-Çin əlaqələrinin çoxşaxəli və dayanıqlı inkişaf yolunda olduğunu göstərir.

Azərbaycanın geosiyasi mövqeyi, enerji təhlükəsizliyində rolu və regional sabitliyə verdiyi töhfə onu etibarlı tərəfdaş kimi ön plana çıxarır. Çin isə qlobal miqyasda iqtisadi və texnoloji gücünü artırmaqla yanaşı, beynəlxalq təhlükəsizlik məsələlərində də fəal iştirakını genişləndirir. Bu iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi yalnız ikitərəfli münasibətlərin dərinləşməsinə deyil, həm də regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edir. Hərbi-texniki əməkdaşlıq, təcrübə mübadiləsi, birgə təlimlər və təhlükəsizlik sahəsində dialoqun genişləndirilməsi bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edə bilər. Belə əməkdaşlıq həm Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsinə, həm də Çinin regionda etibarlı tərəfdaşlıq şəbəkəsinin genişlənməsinə şərait yaradar.

Çin - Azərbaycan əlaqələri yeni mərhələdə...

Yeri gəlmişkən, ölkələr  arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə bir neçə gün öncə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü” keçirilib. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti, inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar barədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planında nəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib və bu il planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirə ediblər. Görüşdə, həmçinin Azərbaycanla Çin arasında hərbi əməkdaşlığın təcrübə və informasiya mübadiləsi baxımından faydalı olduğu vurğulanıb. Qeyd edək ki, işçi görüşün əsas məqsədi hər iki ölkənin müdafiə qurumları arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir.

Strateji mahiyyət daşıyan ikitərəfli münasibətlər...

Ümumiyyətlə, iki ölkə arasında son illərdə siyasi dialoq, tərəfdaşlıq əlaqələri genişlənir - üst-üstə düşən maraqlar, uzalaşan mövqelər yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayıb. İki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və cənab İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Xüsusilə 2024-cü ilin iyulunda və ötən ilin aprelində imzalanmış strateji əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı bəyannamələr ikitərəfli münasibətlərə yeni nəfəs, yeni şəkil qazandırıb. İmzalanan sənədlər, müzakirə edilən məsələlər, o cümlədən, proqnozlaşdırılan geniş əməkdaşlıq sferası mühüm bir regionda gələcək onilliklərin iqtisadi xəritəsini müəyyənləşdirir. Qeyd edək ki, ötən il aprelin Pekində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın 10-cu maddəsində tərəflər terrorizmin, separatizmin və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğunu və bu bəlanın qarşısının alınmasının və ona qarşı birgə mübarizə aparılmasının vacib olduğunu vurğulayıblar və iki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələri və mübadilələri gücləndirmək, narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlıqla, həmçinin kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizə aparmağın zəruruliyini ön plana çəkiblər. Paralel olaraq hər iki dövlət humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayır, bu xüsusda Azərbaycan tərəfi Çin tərəfinin Azərbaycanın minatəmizləmə işinə dəstəyini yüksək qiymətləndirib, Çin tərəfi Azərbaycan tərəfinə maddi-texniki dəstək şəklində minatəmizləmə sahəsində potensialın möhkəmləndirilməsində bundan sonra da yardım göstərməyə hazır olduğunu bildirib.

Müdafiə sahəsində əməkdaşlıq: potensial inkişaf hədəfləri

Qeyd edək ki, Azərbaycan ilə Çin arasında hərbi müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq son illərdə mərhələli şəkildə inkişaf edən, daha çox perspektiv xarakteri daşıyan istiqamətlərdən biri sayılır. Azərbaycan və Çin müdafiə qurumları arasında əməkdaşlığın əsası 2000-ci illərdən etibarən qarşılıqlı səfərlərlə qoyulub. Xüsusilə, 2015-ci ildə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Çinə səfəri zamanı hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Eyni zamanda, Çin Xalq Azadlıq Ordusunun nümayəndə heyətləri də Azərbaycana səfərlər edərək hərbi təhsil, kadr hazırlığı və təcrübə mübadiləsi məsələlərini gündəmə gətiriblər. İki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair bir sıra çərçivə sazişləri və memorandumlar mövcuddur. Bunlar əsasən:

- hərbi-texniki əməkdaşlıq haqqında razılaşmalar;

- müdafiə sənayesi sahəsində əməkdaşlıq, niyyət protokolları;

- hərbi təhsil və kadr hazırlığı üzrə əməkdaşlıq sənədlərini əhatə edir.

Bu sənədlər konkret gələcək əməkdaşlıq üçün hüquqi baza rolunu oynayır. Vurğulayaq ki, Çin Azərbaycanın maraq göstərdiyi pilotsuz uçuş aparatları (PUA), radiolokasiya sistemləri və digər hərbi texnologiyalar sahəsində potensial tərəfdaşlardan biri sayılır. Azərbaycan müxtəlif beynəlxalq müdafiə sərgilərində Çin şirkətləri ilə yaxın əlaqələr qurub. Müdafiə sənayesi sahəsində birgə istehsal və texnologiya transferi məsələləri zaman-zaman müzakirə edilib. Dövlətlər arasında hərbi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, zabitlərin təhsil proqramlarında iştirakı, beynəlxalq tədbirlərdə və forumlarda əməkdaşlıq kimi fəaliyyətlər həyata keçirilir. Beləliklə, müdafiə sahəsi üzrə əməkdaşlıq münasibətləri strateji dialoq və gələcək potensial üzərində qurulub. Hər iki ölkənin Avrasiyada artan geosiyasi rolu bu əməkdaşlığın gələcəkdə daha da dərinləşə biləcəyini göstərir.

Nəqliyyat dəhlizlərinin təhlükəsizliyi...

Müasir Çin - Azərbaycan əlaqələrinin komponentləri hazırki dövrün siyasi-iqtisadi aktuallığı ilə yanaşı, həm də gələcək perspektivi də özündə cəmləyir. Vurğulamaq lazımdır ki, Orta Dəhlizin inkişafına xüsusi həssaslıqla yanaşan Çinin Azərbaycana münasibətdə strateji tərəfdaş kimi yanaşması ölkəmizə həm siyasi həm də iqtisadi üstünlüklər vəd edir. Nəzərə alaq ki, Çinin “Bir kəmər, bir yol” iqtisadi ideyasının real təcəssümlərindən olan Orta Dəhliz və Zəngəzur dəhlizi (TRİPP) həm də geostrateji səciyyə daşıyır - bu dəhliz Çin və Mərkəzi Asiya məhsullarının ən qısa marşrut vasitəsilə operativ və effektiv olaraq Avropaya daşınmasına imkan yaradır. Mərkəzi Asiyadan Avropaya qədər uzanan geosiyasi məkanda çoxvektorlu qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri formalaşdırmaqda maraqlı olan Çin Azərbaycana yanaşmasını ortaya qoymaqla bu layihədəki tərəfdaşını dünyaya nümayiş etdirir.

Yeni dövrdə bu nəqliyyat dəhlizlərinin təhlükəsizliyi məsələsi də ön plandadır - qeyd edək ki, bu amil regional təhlükəsizlik arxitekturasının daha da möhkəmləndirilməsi istiqamətində real əməkdaşlığın aparıcı ştrixlərindəndir. Xatırladaq ki, 2024-cü il iyulun 3-də imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ikinci maddəsinin dördüncü bəndində qeyd olunduğu kimi, dövlətlər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcəyini, milli qanunvericilik və ikitərəfli sazişlər çərçivəsində tranzit daşımalar üçün əlverişli şərait yaradacaqlar.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Aprel 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see488

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see284

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see280

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see278

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see254

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see249

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see248

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see247

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see239

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see239

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see232

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see222

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see221

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see217

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see212

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see211

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see210

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see209

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see209

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri