Icma.az
close
up
RU
Strateji tərəfdaşlıq və regional təhlükəsizlik ŞƏRH

Strateji tərəfdaşlıq və regional təhlükəsizlik ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı il aprelin 27-də Azərbaycanın qədim güşələrindən biri olan Qəbələ şəhəri mühüm diplomatik görüşə ev sahibliyi etdi. Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycan Respublikasına rəsmi səfəri iki ölkə arasındakı diplomatik münasibətlərin inkişaf dinamikasında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirilən ali səviyyəli görüşlər, habelə geniş tərkibli biznes forumları bu səfərin sadəcə protokol xarakterli deyil, dərin siyasi və iqtisadi əhəmiyyətə malik strateji bir addım olduğunu təsdiqləyir. Tərəflər arasında imzalanan sənədlər və mətbuata verilən birgə bəyanatlar, tarixən formalaşmış dostluq əlaqələrinin institusional müstəvidə daha da möhkəmləndiyini nümayiş etdirir.

Azərbaycan həm regional, həm də qlobal səviyyədə suverenlik, qarşılıqlı hörmət və faydalı tərəfdaşlıq prinsiplərinə sadiq qalaraq çevik xarici siyasət kursu həyata keçirir. Rəsmi Bakının beynəlxalq platformalarda nümayiş etdirdiyi konstruktiv mövqe, dünya miqyasında sülh və sabitliyin təmin olunması istiqamətindəki təşəbbüsləri ölkəmizin diplomatik nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu kontekstdə, Çexiya ilə münasibətlərin inkişafı Azərbaycanın Avropa ölkələri ilə qurduğu çoxvektorlu əməkdaşlıq modelinin uğurlu təzahürüdür.

Bu gün Azərbaycan Avropa İttifaqı (Aİ) üçün etibarlı və strateji enerji təchizatçısı statusunu daha da möhkəmləndirib. Çexiya ilə münasibətlər bu tərəfdaşlıq şəbəkəsinin mühüm həlqələrindən birini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan qlobal enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, Avropanın enerji resurslarının şaxələndirilməsində həlledici rol oynayır. Çexiyanın enerji ehtiyaclarının əhəmiyyətli hissəsinin Azərbaycan tərəfindən qarşılanması, Bakının Avropanın iqtisadi sabitliyindəki payını birbaşa təsdiqləyir. Bu əməkdaşlıq tərəflər üçün sadəcə ticarət əməliyyatı deyil, həm də uzunmüddətli təhlükəsizlik təminatıdır.

Səfər çərçivəsində təşkil olunan biznes forumu iki ölkənin iqtisadi potensialının qarşılıqlı inteqrasiyası üçün geniş platforma yaratmışdır. Ticarət dövriyyəsinin artan templərlə inkişafı münasibətlərin çoxşaxəli xarakterini stimullaşdırır. Mövcud enerji sektorundakı əməkdaşlıqla yanaşı, aşağıdakı sahələr üzrə yeni layihələrin icrası prioritet hesab edilir:

Kənd təsərrüfatı və aqrotexnologiyalar: Müasir suvarma sistemləri və emal sənayesində təcrübə mübadiləsi;

Yüksək texnologiyalar: İnformasiya təhlükəsizliyi və rəqəmsallaşma sahəsində birgə müəssisələrin yaradılması;

Müdafiə sənayesi: Hərbi-texniki əməkdaşlığın perspektivlərinin qiymətləndirilməsi;

Humanitar sektor: Elm, təhsil və mədəniyyət mübadiləsi vasitəsilə xalqlararası münasibətlərin dərinləşdirilməsi.

Azərbaycan və Çex Respublikası arasında formalaşmış siyasi dialoq və iqtisadi etimad, gələcək birgə fəaliyyətlər üçün möhkəm zəmin yaradır. Hər iki dövlətin rəhbərliyinin iradəsi və strateji baxışı bu əməkdaşlığın yalnız ikitərəfli deyil, həm də regional rifah və təhlükəsizliyə xidmət edəcəyinə zəmanət verir. Beləliklə, bu rəsmi səfər Azərbaycan-Çexiya tərəfdaşlığını keyfiyyətcə yeni, daha dayanıqlı və hədəf-yönümlü bir mərhələyə yüksəltmişdir.

Cənab Prezident İlham Əliyevin 27 aprel tarixində verdiyi bəyanat bir daha təsdiq edir ki, Azərbaycan Respublikası xarici siyasətində etibarlı tərəfdaş kimi çıxış edir. Çexiya Respublikası ilə münasibətlərin hazırkı yüksək səviyyəyə çatması ölkəmizin Avropa İttifaqı ilə strateji əməkdaşlığının uğurlu icrasının bariz nümunəsidir. Qəbələ şəhərində keçirilmiş görüş isə iki dövlət arasında iqtisadi əlaqələrlə yanaşı, mədəni və siyasi münasibətlərin də daha da möhkəmləndiyini əks etdirən, qarşılıqlı əməkdaşlığın yeni mərhələsinin əsasını qoyan mühüm hadisə kimi qiymətləndirilir.

Rail Tağızadə

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Aprel 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri