Icma.az
close
up
RU
Streslə mübarizə aparmağın yolları. Mütəxəssislər tövsiyə edir

Streslə mübarizə aparmağın yolları. Mütəxəssislər tövsiyə edir

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Əksər müasir insanların həyatı streslərlə doludur. Xroniki stress insanın sağlamlığı üçün olduqca ziyanlıdır.

Stress insanın əksər orqan və sistemlərinin (sinir, ürək-damar, immun, endokrin, cinsiyyət və s.) fəaliyyətinə çox mənfi təsir edir, müxtəlif xəstəliklərin (o cümlədən, xərçəngin) inkişafına təkan verir.

Təbii ki, stresdən mümkün qədər “qaçmaq”, sonradan onunla mübarizə aparmaqdan daha yaxşıdır. Lakin bu, təəssüf ki, hər zaman mümkün olmur. Mütəxəssislər streslərin orqanizmə olan mənfi təsirini azltmaq, streslərlə mübarizə aparmaq üçün bu kimi məsləhətlər verir:

1. Stress zamanı artıq dərəcədə olan əlavə enerji yaranır. Bu artıq enerjinin insan orqanizminə dağıdıcı təsir etməməsi üçün onu vaxtında müsbət istiqamətə yönəltmək lazımdır. Təbiət tərəfindən orqanizmdə olan bu artıq enerjinin sərf edilməsinin ideal həlli yolu fiziki aktivlikdir. Bu məqsədlə idman zalında, fitnes klubda (səhhətiniz imkan verirsə), hovuzda, tennis kortunda məşq etmək, açıq havada qaçmaq və ya tez tempdə gəzmək məsləhət görülür. Əgər sizin həyat tərziniz belə idman məşğələləri ilə məşğul olmağa imkan vermirsə, belə də etmək olar: qadınlara - paltar yumaq, evdə geniş təmizlik işləri aparmaq, kişilərə - kiçik təmir işləri ilə və s. ilə məşğul olmaq. Bu cür fiziki aktivliklə məşğul olarkən insan orqanizmi stres nəticəsində yaranmış “artıq” enerjini sərf edir.

Digər tərəfdən fiziki aktivlik zamanı insan orqanizmində endorfin hormonu yaranır. Bu hormon "təbii narkotik" və ya "xoşbəxtlik hormonu" adlandırılır. Məhz bu hormonun qanda yüksəlməsi stresi azldır və insanın əhvalını yaxşılaşdırır.

Nəticədə fiziki aktivliklə məşğul olan insan bir müddətdən sonra stresin keçib getdiyini və ya xeyli azaldığını hiss etməyə başlayır.

Streslə "mübarizə etməyin" ən pis variantı - ona passiv şəkildə dözərək əziyyət çəkməkdir!

2. Bəzi qidalar streslə mübarizədə çox yaxşı kəmək edir. Bu qidalar qanda "serotonin" adlandırılan maddənin istehsalına təkan verir. Bu maddə də streslə mübarizə etməyə kömək edir və əhvalı yaxşılaşdırır. Anti-stress qidaların arasında: şokolad, banan, badam, qəhvə, çay, xurma, pendir, sitrus meyvələri.

Mütəxəssislərin müşahidələrinə görə, çeynəmə prosesi stresin azalmasına kömək edir. Stress zamanı saqqızdan istifadə edin, saqqızı bir neçə dəqiqə ərzində tez-tez çeynəyin.

3. Stresi atmaq üçün duş və ya vanna qəbul edin. Hamı bilir ki, su insana sakitləşdirici təsir edir. Vannaya orqanizmə sakitləşdirici təsir göstərən efir yağı (lavanda, limon, nanə) əlavə edə bilərsiniz.

3. Stres vaxtı özünüzə qapanmayın – vəziyyəti doğmalarınız və ya yaxınlarınızla müzakirə edin, məsləhət alın. Əksər hallarda yaxın adamlara öz problemlərindən, çətinliklərindən danışdıqdan sonra insan özünü xeyli dərəcədə yüngül hiss etməyə başlayır.

4. Qərb psixoloqları çoxsaylı araşdırmalar nəticəsində belə nəticəyə gəlmişlər ki, streslə mübarizədə Allaha müraciət edərək dua etmək ən yaxşı üsuldur. Ümumiyyətlə götürdükdə isə Allaha həqiqi inanan və ibadət edən insanlar stres vəziyyətlərə düşmürlər. Çünki onlar başlarına gələn hər bir hadisəni Uca Allahın hökmü kimi qəbul edirlər. Onların fikrincə, əgər bu Uca Allahın hökmü ilə baş verirsə, narahat olmağın, stresə, depressiyaya düşməyin də heç bir mənası yoxdur.

5. Əgər siz streslə mübarizə apara bilmirsinizsə və xeyli əziyyət çəkirsinizsə, heç nədən çəkinmədən psixoloq və ya psixoterapevtə müraciət edin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 04:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri