Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Stressin yaratdığı problemlər

Stressin yaratdığı problemlər

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1. İş həyatına təsiri. Stressin iş həyatına neqativ təsiri böyükdür.

İş məhsuldarlığının aşağı düşməsinə, motivasiyanın olmamasına, iş xətalarının yaranmasına, qeyri-məmnunluğa, kollektivlə və rəhbərliklə konfliktlərə gətirib çıxarır. Digər tərəfdən də stressin işə neqativ təsiri olduğu kimi, işin də yüksək dərəcədə stress faktorlarını artırdığı tədqiqatlarla öz təsdiqini tapmışdır. Müəyyən ixtisas sahələri var ki, xüsusilə stressin yüksək olması ilə fərqləndirilir. Məsələn: bu təsnifatda maliyyə üzrə müşavirlik və mühasibat ən üst sıralarda yer alır. Bundan başqa iş həyatı və stress arasındakı digər əsas məqam isə işdən uzaqlaşdırılmaqdır. İşdən uzaqlaşdırılanlar üzərində aparılan tədqiqatlarda məlum olmuşdur ki, işsizliklə birlikdə stress hormonlarının fəaliyyətində də artma, gərginlik, yuxusuzluq və əsəbilik kimi hallar, psixosomatik xəstəliklərdə nəzərə çarpan artım müşahidə olunur.

2. Stressin ailə həyatına təsiri. Ailə sosial, mədəni və iqtisadi bütünlüyü ehtiva edən bir sistemdir. Ailə həyatı gündəlik həyatın yaratdığı stress və adaptasiya çətinliyindən kənar olmalı və qarşılıqlı münasibətlərin müsbət olduğu mühitə çevrilməlidir. Tərəflərin böyüdüyü ailə mühitləri, təhsillə bağlı fərqliliklər, fərqli iqtisadi gücdə olmaları və aralarındakı yaş fərqinin standrtlardan kənar olması ailədə müxtəlif çətinliklərin və münasibətlərdə gərginliklərin yaranmasına gətirib çıxarar.

3. Stress və depressiya. Depressiya sözü latınca “depresus”-dan götürülmüşdür, bitkinlik, qəm, kədər, məyus etmək, cəsarətini qırmaq mənasını ifadə edir. Psixologiyada depressiya əlamət, sindrom, xəstəlik və əhval dəyişikliyi olmaqla dörd müxtəlif ünsürlə istifadə olunur. Depressiya əlamət şəklində, bir çox orqanik və ya ruhi xəstəliklə müşahidə oluna bilər. Ruhi vəziyyət olan depressiya bəzən hər hansı səbəbə bağlı olmadan, bəzən də müəyyən maneələr törədərək ortaya çıxır. Depressiya affektiv xəstəliklər qrupuna daxil olan və son zamanlar çox geniş yayılmış psixoloji pozuntudur. Depressiyanın əlamətləri aşağıdakı şəkildə təsnif oluna bilər: iştahın azalması və çəki itkisi, yuxu pozuntuları, həyatdan zövq almama və laqeyd yanaşma, hərəkətin tormozlanması və ya yerində dura bilməyəcək dərəcədə hüzursuzluq, cinsi istəksizlik, dəyərsizlik və günahkarlıq duyğuları, ümidsizlik və kədər duyğuları

4. Stress və yuxu pozuntuları. Səbəbindən asılı olmadan insanın yaşadığı hər bir stress, gərginlik və ya hər hansı psixoloji narahatlıq ilk növbədə yuxu pozuntularına gətirib çıxarır. Bu problemləri araşdıran bütün test və sorğuların ilk sualı məhz yuxu sisteminə aid olur. Yuxu insan həyatının əsas fəaliyyətlərinin önündə gəlir. Ümumi sağlamlıqda yaranan problemlər yuxuda öz əksini tapdığı kimi, yuxusuzluq və digər yuxu problemləri də ümumi orqanik pozuntuların yaranmasına və həyat keyfiyyətinin pozulmasına gətirib çıxarır. Yuxu parasimpatik sistemin aktiv olduğu vəziyyətlərdə ortaya çıxır. Stressli insanlarda ümumi impulsiv vəziyyət olduqca yüksəkdir və simpatik sinir sistemi aktiv vəziyyətdədir. Bilavasitə stress vəziyyətində olan insanda yatma çətinləşir və yuxu pozuntuları yaşanır.
5. Stressin yaratdığı fiziki problemlər. Fiziki əlamətlər: boğazda gərginlik, kürək və boyun ağrıları, təngnəfəslik, ürək döyüntüsünün artması (taxikardiya), soyuq lakin tərləyən əl və ayaqlar, ayaq əzələlərinin gərginləşməsi və hiddətlə baxan üz mimikaları. Fiziki səviyyədə hədsiz stressin əlamətlərindən biri ümumi əzələlərdə yaranan gərginlikdir. Sinir gərginliyindən narahat olan biri, yəqin ki fiziki stress sindromundan əziyət çəkir. Stress vəziyyətlərində böyrəküstü vəz tərəfindən adrenalin ifraz olunduqda qan təzyiqi (hipertoniya) yaranır. Bu hal qan təzyiqinin artmasıyla yanaşı qan damarlarının divarlarında daralmaya səbəb olur və stress tez-tez təkrarlandığı təqdirdə artıq hipertoniya davamlı hal alır. Adrenalin hormonunun ifrazı ilə yanaşı xroniki stress vəziyyətində normadan artıq kortikoid hormonu ifraz olunur. Qaraciyər normalda orqanizmdəki kortokoid səviyyəsini nizamladığı halda, stress bu fəaliyyəti dayandırır və hədsiz miqdarda ifraz olunan hormon bütün orqanizmdə dövr edir. Tədqiqatlar bu halın immunitetin zəifləməsinə gətirib çıxardığı qeyd edir. Prosesin bu şəkildə davam etməsi müəyyən vaxtlarda mədə xorasının yaranmasına gətirib çıxara bilər. Çünki adrenalin və kortokoid arasında olan qarşılıqlı təsir nəticəsində adrenalin mədənin tosumasına zərər verir və bu xəstəliyin yaranmasına gətirib çıxarır. Bundan başqa, stress vəziyyəti astma, dəri iltihabı, yoğun bağırsağın iltihabı (kolit), revmatizm kimi xəstəliklərin yaranmasında əsas səbəblər kimi qeyd olunur. Son tədqiqatların nəticəsinə əsasən şəkər xəstəliyinin yaranmasını stimullaşdıran önəmli faktor və xərçəngin yaranmasına səbəb olan məqam stressdir.

6. Stress və ürək xəstəlikləri. Ürək xəstəliklərində qeydə alınan ani ölümlər bir çox hallarda stress, hədsiz gərginlik və depressiv epizodlarla paralel şəkildə görülür. Stress damarların daralmasıyla ürək toxumasında qanın hərəkətinə maneə törədir və döş qəfəsində şiddətli ağrılar, ürək döyüntülərinin artma və ya azalması (taxikardiya və ya bradikardiya), həmçinin depressiya və təşvişli-nevrotik pozuntuların yaranmasına gətirib çıxarır. Ürək çatışmazlığı, infarkt, hipertoniya, hipotoniya, beyin-damar xəstəliklərinin yaranması ilə nəticələnir. Ürək-damar xəstəliklərinin yaranmasında ruhi problemlərin xüsusi yeri var.

7. Stress və baş ağrıları. Son tədqiqatların göstəricisinə əsasən ümumi əhalinin 80-90%-i baş ağrılarından əziyət çəkir. Səbəblər arasında əsas faktor kimi stress göstərilir. Baş ağrısı, başda davamlı müşahidə olunan gərginlik və təzyiq hissi ilə təzahür edir. Küt ağrı, davamlı təkrarlanan və başı çələng kimi əhatə edən ağrı ilə müşahidə olunur. Ağrı bəzi insanlarda boyundan, bəzilərində isə alın və gözün üstündən başlayaraq başın iki tərəfinə yayılır. Ağrı başladığı müddətdən etibarən şiddətini artırır. İnsanın həm iş, həm də həyat keyfiyyətlərinə neqativ təsir göstərir. Bununla yanaşı migren tutmaları da tez-tez görülən stress faktorlu narahatlıqlardandır. Hər başağrısı migrenə aid olunmur. Ümumi əhalinin 8-10%-ni əhatə edir. Əsasən bir-birini əvəz edən ağrı tutmalarından ibarət, iştahsızlıq, titrəmə, qusma kimi hallarla görülən xəstəlikdir. Bu insanlar əhvalsız, bitkin və depressiv görünüşə sahibdirlər. Tutmanı keçirdiyi dönəmlərdə heç kimlə ünsiyyət qurmaq istəmirlər. Hər hansı fikir ifadə etməkdə və qərar qəbulundə çətinlik yaşayırlar. Koqnitiv funksiyalarında müəyyən pozuntular ortaya çıxır.

8. Stress və şəkər xəstəliyi. Tədqiqatlar, stressin şəkər xəstələrində qandakı glikozanın miqdarını artırdığını və bunun da göz, böyrək və sinir sistemində fəsadlar yaratdığını göstərir. Stress şəkər xəstələrində doğru qidalanmağın qarşısını aldığı kimi xəstələrin idmanla məşğul olmasına da mane olur.

9. Stressin dəriyə təsirləri. Əsasən piqment ləkələrin yaranmasına gətirib çıxarır. Həmçinin dəridə çapılar da ağır stres vəziyyətlərində yarana bilər.

Terapiyası

Stressin terapiyasında ilkin addım stress yaradan faktorları araşdırmaq və onların fiziki təsirini azaltmaqdan ibarətdir. İlk öncə mühiti, həyat stili dəyişdirilməli, sosial fəaliyyətlərə yönləndirilməlidir. Yanaşı digər psixoloji narahatlıqlar müşahidə olunarsa medikamentoz terapiya və psixoloji konsultasiya paralel şəkildə tətbiq olunur.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi Nərmin Quliyeva

pcc.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see948

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see405

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see356

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see344

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see321

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see274

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see255

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see218

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see217

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see213

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see212

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see207

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see207

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see205

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see203

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see185

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see180

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri