Icma.az
close
up
RU
Su çərşənbəsi: Təbiətin oyanışının ilk müjdəçisi

Su çərşənbəsi: Təbiətin oyanışının ilk müjdəçisi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Baharın nəfəsi hələ torpağın sinəsinə tam hopmamış, qışın sükutu hələ tam çəkilməmiş bir vaxtda el arasında qəribə bir oyanış başlayır. Sanki torpaq dərin yuxudan ayılır, sular pıçıldayır, külək köhnə dərdləri aparmağa tələsir. Bu oyanışın adı Novruzdur. 

Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlərini, mədəniyyətini özündə əks etdirən Novruz Azərbaycan xalqının ən qədim və ən əziz bayramıdır. Varlığın canlanmasını, ana təbiətin dirilməsini, yeni ilin, yeni günün gəlməsini müjdələyən Novruz bayramına xalqımız Kiçik çillə çıxdıqdan sonra, yəni bayrama bir ay qalmış hazırlaşmağa başlayır. Kiçik çillənin qurtardığı vaxtdan (21, 22 fevral) yazın ilk gününə (21, 22 mart), yəni Novruz bayramına qədər davam edən Boz ay daxil olur. Belə ki, Boz ay fevralın son on gününü və martın ilk iki on günlüyünü əhatə edir. Qış fəslinin son otuz günü olan Boz aya xalq arasında “Ala çillə”, “Bayram ayı” və sair də deyilir. Qış fəslinin axırıncı ayı hesab edilən Boz ayın bu cür adlandırılması təsadüfi deyildir. Boz ayda havalar dəyişkən – gah soyuq, qarlı, küləkli, çiskinli, yağmurlu, gah da mülayim olur. İnsanlar Boz ayın soyuqluğuna baxmayaraq, Bahar bayramının gəlişi ilə bağlı hazırlıqlara başlayırlar. Təmizlik, səliqə-sahman, bağ-bostan işləri görülür. Arxlar, çay kənarları təmizlənir, toxumlar saf-çürük edilir. 

Bu bayrama aparan yol dörd müqəddəs çərşənbədən keçir: Su, Od, Yel və Torpaq. Onların ilki – Su çərşənbəsi həyatın başlanğıcını, saflığı və yenilənməni təcəssüm etdirir. Su çərşənbəsi təbiətin dirçəlişinin ilk müjdəsidir. Qədim inanclara görə, məhz bu gün sular hərəkətə gəlir, donmuş çaylar çözülür, bulaqların gözü açılır. El arasında deyirlər ki, “Su çərşənbəsində su danışar”. Bu, təbiətin dilə gəlməsi, həyatın yenidən başlaması deməkdir. Su çərşənbəsinə müxtəlif bölgələrdə “Əzəl çərşənbə”, “Kiçik çərşənbə”, “Sular Novruzu” kimi adlarla da rast gəlmək mümkündür. Təbii ki, bu adların verilməsi səbəbsiz deyildir. Onun məzmunu, mahiyyəti ilə bağlıdır.

“Su çərşənbəsi” adlandırdığımız birinci çərşənbə də adından göründüyü kimi müqəddəsliyin, təmizliyin, paklığın, sağlamlığın rəmzidir. Bir sözlə, su həyatdır. Tanrının yer üzündə canlılara bəxş etdiyi bu nemətlə ana torpaq canlanır, bar-bərəkət verir. Ulu babalarımız, nənələrimiz Yaradanın bu bəxşişini böyük nemət sayıblar. Onlardan bizə su ilə bağlı çoxlu sayda müqəddəs inam və inanclar, andlar, atalar sözləri, məsəllər, deyimlər yadigar qalıb. Ulularımız düşünüblər ki, torpağın canlanma qaynağı məhz sudur. Bu baxımdan ilk çərşənbəyə “Su çərşənbəsi” adını vermişlər. 

Su çərşənbəsində bəzi bölgələrdə obaşdan dan yeri sökülməmiş qız-gəlinlər, yaşlılar, cavanlar, uşaqlar axar çay, bulaq başına gedərlər. Suya salam verib, salavat çəkərlər. Elliklə su başında bayramlaşarlar, bir-birini ilk Su çərşənbəsi münasibətilə təbrik edərlər. Çərşənbə suyundan içərlər. Əl-üzlərini, pal-paltarlarını yuyarlar. Boş qablarını doldurarlar. Sonra da həmin sudan gətirib evlərinin künc-bucağına, həyətlərinə, meyvə ağaclarına səpərlər. Həmçinin gətirdikləri çərşənbə suyundan evdə xəstə olanlara, niyyəti, arzusu kam olanlara içirdərlər ki, şəfa tapsınlar. İlk çərşənbə suyundan mal-qaralarına, qoyun-quzularına da içirdərlər ki, sağlam olsunlar. Qadınlar ilk çərşənbə suyundan çörək bişirmək üçün maya da  hazırlayarlar ki, illik ruziləri bol olsun.

Bəli, Novruzun çərşənbələri xalqımızın minilliklərdən süzülüb gələn yaddaşıdır. Qeyd etdiyimiz çərşənbələrin hər birində tonqal qalamaq, yanar odun üzərindən hoppanmaq, bol nemətli bayram süfrəsi açmaq el adətidir. Bu mərasimlərdə təbiətə ehtiram, kainatla harmoniya, insanın öz kökünə bağlılığı ifadə olunur. 

Bu gün qloballaşan dünyada qədim adətlərimizin qorunması xüsusi əhəmiyyət daşıyır. Çünki bu ənənələr bizi biz edən dəyərlərdir. Su çərşənbəsində axar suyun başında edilən sadə bir niyyət belə insanı kökünə bağlayır, ona mənsubiyyət hissi verir. Görünən odur ki, Su çərşənbəsi sadəcə təqvim hadisəsi deyil, milli kimliyimizin dərin qatlarını yaşadan mənəvi irsdir. 

Novruzun ilk çərşənbəsi bizə xatırladır ki, həyat daim axardadır. Suyun dayanmadan axması kimi zaman da keçir. Lakin dəyərlər qalır. Axar suyun kənarında tutulan bir niyyət, edilən bir dua, deyilən bir xoş söz – bunlar xalqın ruhunu yaşadan əbədi işıqdır.

Qoy Su çərşənbəsinin saf suyu ruhumuzu yusun, qəlbimizdəki yorğunluğu aparsın. Qoy hər ocağa bərəkət, hər ürəyə ümid gətirsin. Çünki su axdıqca həyat davam edir, həyat davam etdikcə Novruz yaşayır – xalqın yaddaşında, sözündə və ruhunda.

Nurəngiz Adilqızı

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Fevral 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri