Icma.az
close
up
RU
Su Ehtiyatları Agentliyi çirkli suya möhtac qalan əhaliyə bir damla su şəklində tikilən bina ilə acıq verəcək

Su Ehtiyatları Agentliyi çirkli suya möhtac qalan əhaliyə bir damla su şəklində tikilən bina ilə acıq verəcək

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bir neçə gündür şəhərin müxtəlif yerlərində növbəti dəfə susuzluq yaranıb. Əhaliyə xəbərdarlıq edilmədən su kəsilib. Binəqədi rayonunda insanlar daha böyük çətinliklə üzləşiblər. Sosial mediada yazılanlar da belə deməyə əsas verir. Həmişə olduğu kimi, Dövlət Su Ehtiyatları Agentliyi şikayətləri qulaqardına vurur.

Bizimyol.info xəbər verir ki, agentliyinin Heydər Əliyev prospektindəki yeni binasının tezliklə təhvil veriləcəyi gözlənilir. Son hesablamalar indiyə qədər azı 120 milyon manatın xərcləndiyini göstərirdi. İndi vəziyyətin nə yerdə olması barədə məlumat verilmir. Təkcə o məlumdur ki, Dövlət Su Ehtiyatları Agentliyi bir müddət sonra əhaliyə bir damla su şəklində tikilmiş yeni binadan xidmət göstərməyə başladığını açıqlayacaq.

Agentlikdən şikayətlər bayram günlərində lap çox artmışdı. Xüsusilə Abşeron yarımadasında insanlar susuzluqdan necə əziyyət çəkdiklərini yazırdılar. Dövlət Su Ehtiyatları Agentliyinə Sumqayıtdan, Xırdalandan, Biləcəridən, Lökbatandan şikayətlər ünvanlanıb. Abonentlər bildirir ki, məhz bayram günü susuz qalıblar. Agentlik insanların imdadına qəti əhəmiyyət verməyib.

Dövlət Su Ehtiyatları Agentliyi sosial platforma hesablarında 22 mart Ümumdünya Su günü ilə bağlı paylaşımlar etmişdi. Rəy bölümündə insanlar necə susuz qaldıqlarını yazmışdılar. Təsəvvür edin, Ümumdünya Su günüdür, dövlət qurumu bunu xüsusi fərqləndirir, amma camaata su vermir.

Verilən suyun keyfiyyətsizliyi isə ayrıca mövzudur. Əhalinin əksər hissəsinə çirkli su verilir. Sosial mediada bununla bağlı saysız-hesabsız paylaşımlar var. İnsanlar suyu pambıqla süzməli olur. 21-ci əsrdə su təsərrüfatında gəldiyimiz nöqtə budur. Bu halın yaşanmasına görə xəcalət çəkmək lazımdır. Dövlət Su Ehtiyatları Agentliyi isə ictimaiyyətlə hesablaşmır. Milyonlarla pul havaya sovrulur. Dotasiyalar effektsiz xərclənir, yeni bina kimi bahalı layihə ilə büdcəyə zərbə vurulur. Keyfiyyətsiz iş görmək az deyilmiş kimi, üstəlik, suyun qiymətinin artması müzakirə olunur.

Bir damla su şəklində tikilən bina əhaliyə acıq verməkdən başqa bir şey deyil. İnsanlar bəzən məhz o bir damla suyun yolunu günlərlə gözləyir.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri