Su ehtiyatlarının idarə olunmasına dair Bakı Bəyannaməsi qəbul ediləcək
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün su ehtiyatlarının idarə olunmasına dair Bakı Bəyannaməsi qəbul ediləcək.
"Cebheinfo.az" xəbər verir ki, buni jurnalistlərə BMT-nin Qlobal Müqaviləsinin baş direktorunun su mandatı üzrə rəhbəri Ceyson Morrison bildirib.
"İqlim dəyişikliyinin təsirlərini azaltmaq haqqında danışarkən, biz kifayət qədər sürətlə irəliləmədiyimizi, ambisiyalarımızın kifayət qədər yüksək olmadığını və nəticələrin hələ də müəyyən edilmiş hədəflərə uyğun olmadığını görürük. Eyni zamanda, biz iqlim dəyişikliyinə uyğunlaşmanın və dayanıqlığın artırılmasının vacibliyini getdikcə daha çox dərk edirik. Bu və növbəti konfranslarda su və iqlim dəyişikliyinə uyğunlaşma məsələləri əsas müzakirə mövzuları olacaq və qlobal uyğunlaşma fəaliyyət proqramı ilə müşayiət olunacaq. Ümid edirəm ki, biz bu gün yayımlanacaq Bakı Bəyannaməsini inkişaf etdirməyə davam edəcəyik və gələn il Braziliyada keçiriləcək növbəti konfransda bu impulsu gücləndirəcəyik", - deyə o bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 21 Noyabr 2024 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















