Icma.az
close
up
RU
Su əsaslı ikifazalı sistemlər və onların tətbiq perspektivləri elmi seminar

Su əsaslı ikifazalı sistemlər və onların tətbiq perspektivləri elmi seminar

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Su əsaslı ikifazalı sistemlər və onların tətbiq perspektivləri” mövzusunda elmi seminar təşkil olunub.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, seminarın məruzəçisi Bakı Dövlət Universitetinin Maddə quruluşu kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Eldar Məsimov olub.

Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov seminarın elmi və təcrübi baxımdan əhəmiyyətini vurğulayaraq, mövzunun hərtərəfli tədqiqinin zəruriliyinə diqqət çəkib. O, professor Eldar Məsimovun bu sahədəki zəngin təcrübəsinin və elmi fəaliyyətinin önəmini xüsusi qeyd edib.

Professor Eldar Məsimov təqdimatında suyun canlı orqanizmlərdəki mühüm rolunu və bu kontekstdə ikifazalı sistemlərin əhəmiyyətini ətraflı izah edib. O bildirib ki, su yalnız həlledici deyil, eyni zamanda, bioloji və biokimyəvi proseslərə birbaşa təsir göstərən aktiv komponentdir. Hidrogen rabitələrinin təsiri ilə su molekulları arasında yaranan dinamik strukturlar bu təsirlərin əsasını təşkil edir.

Məruzəçi suyun sıxlıq, səthi gərginlik və dielektrik sabitlik kimi fiziki-kimyəvi anomallıqlarını qeyd edərək, bu xassələrin suyu digər mayelərdən fərqləndirdiyini vurğulayıb. Bildirib ki, bu xüsusiyyətlər əsasında formalaşan iki strukturlu maye modeli ilk dəfə Bernal və Fauler tərəfindən təklif olunub və sonradan müxtəlif alimlər tərəfindən inkişaf etdirilib.

Eldar Məsimov ikifazalı sistemlərin maddələrin qeyri-bərabər paylanması prinsipinə əsaslandığını və bu yanaşmanın xüsusilə bioloji mühitlərdə komponentlərin effektiv ayrılması və analizində mühüm rol oynadığını bildirib. O, bu sistemlərin analitik, preparativ və diaqnostik məqsədlərlə tibbi və biotexnoloji sahələrdə tətbiqinin geniş imkanlar yaratdığını qeyd edib.

Məruzədə “hidrofob effekt” anlayışına da xüsusi yer ayrılıb. Professor bu effekti qeyri-polyar maddələrin su ilə qarşılıqlı təsiri zamanı baş verən termodinamik dəyişikliklərlə, konkret olaraq sərbəst Gibbs enerjisi kontekstində izah edib.

Həmçinin polimer və elektrolit əsaslı ikifazalı sistemlərin xüsusiyyətləri də seminar iştirakçılarının diqqətinə çatdırılıb. Bu sistemlərdə maddələrin fazalar üzrə paylanmasının hidrofobluq fərqləri ilə əlaqəli olduğu və onların bioloji, farmakoloji sahələrdə tətbiqinin aktuallığı vurğulanıb.

Professor qeyd edib ki, ikifazalı sistemlər bioloji hissəciklərin “yumşaq” və kontaktsız şəkildə ayrılması baxımından da üstünlük təşkil edir. Eyni zamanda, bu metodların patoloji proseslərin təhlilində göstərici kimi istifadə oluna biləcəyi də qeyd olunub.

Məruzədən sonra keçirilən müzakirələrdə Biofizika İnstitutunun alimləri çıxış edərək seminarın mövzusuna dair fikirlərini bölüşüb, elmi suallar səsləndiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri