Icma.az
close
up
RU
“Su İdmanı Sarayı”ndan ŞİKAYƏT KONKRET

“Su İdmanı Sarayı”ndan ŞİKAYƏT KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Su İdmanı Sarayı”nda fəaliyyət göstərən Bədii Gimnastika Klubunda yaranmış vəziyyətlə bağlı şikayətlər artır.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, bu barədə jurnalist Aysel Hacıyeva bildirib.

Onun sözlərinə görə, Bədii Gimnastika Klubunda yaranmış vəziyyət artıq dözülməz həddə çatıb: “Valideynlər olaraq susmaq niyyətində deyilik. Ölkəmizdə bədii gimnastikanın inkişafı cənab Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində mümkün olub. Lakin hazırda “Su İdmanı Sarayı”nda müşahidə etdiyimiz vəziyyət bu yanaşma ilə ziddiyyət təşkil edir. Xüsusilə, qeyd etmək istəyirik ki, kompleksin direktoru Əjdər Abbasovun rəhbərliyi dövründə valideynlərlə və idmançılarla effektiv ünsiyyət, qarşılıqlı anlaşma formalaşmayıb. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, mövcud problemlər həll olunmamış qalır. Əvvəla, gimnastların geyimlərinin üzərində çürümüş xalçanın ovuntuları yapşır. Uşaqlar bununla nəfəs alırlar, ciyərləri sıradan çıxır. Bir ildir, şikayət edilməsinə baxmayaraq problem həllini tapmır. Bədii gimnastika ilə peşəkar məşğul olunan zalda xalçanın altında olmalı olan qoruyucu təbəqə yoxdur. Neçə-neçə uşaq dizlərindən və bədənin digər nahiyyələrindən zədə alıb. Bu barədə Su İdmanı Sarayının direktor və digər əməkdaşlarına məlumat verilib, lakin uşaqların sağlamlığı onları maraqlandırmır”.

A.Hacızadənın sözlərinə görə, Bədii Gimnastika Klubunda 60 uşağa cəmi bir xoreoqraf və iki məşqçi xidmət göstərir: “Milli komandanın sabiq üzvü Yelizaveta Luzanın könüllü dəstəyinə imkan verilmir. Beş aydan çox müddətdə idmançılara xoreoqrafiya dərsləri keçirilməyib. Çünki kompleksin direktoru Əjdər Abbasov maliyyə problemlərinin olduğunu vurğulayıb.  Gimnastika xalçası yararsız vəziyyətdədir və uşaqların sağlamlığı real təhlükə altındadır. Bir neçə ay öncə iki məşqçi şəraitsizlik səbəbindən Klubu tərk etdi. Onların yerinə eyni sayda məşqçi cəlb olunmalı olduğu halda yalnız bir məşqçi işə götürülməyib.Bu hal idmançıların hazırlıq səviyyəsinə və yarış nəticələrinə ciddi mənfi təsir göstərir. Klub fəaliyyət göstərdiyi müddətdə idmançılar yerli və beynəlxalq yarışlarda əsasən öz ailələrinin maddi dəstəyi ilə iştirak edib, klub tərəfindən isə heç bir maddi dəstək göstərilməyib. Bununla yanaşı qeyd etmək istərdik ki, Azərbaycan milli komandasının keçmiş üzvü, üçqat Olimpiya iştirakçısı və finalçısı, V İslam Həmrəyliyi Oyunlarının finalçısı və bədii gimnastika üzrə idman ustası Yelizaveta Luzan könüllü şəkildə uşaqlarla işləmək və dəstək olmaq istədiyini bildirsə də, direktor tərəfindən onun məşqlərə qatılmasına icazə verilmir”.

Məsələ ilə bağlı Pravda.az “Su İdman Sarayı”na sorğu göndərsə də, suallarla bağlı mövqe bildirilməyib.

Qeyd: “Su İdmanı Sarayı”nın direktoru Əjdər Abbasov İsmayıl oğludur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Aprel 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri