Icma.az
close
up
RU
Su müharibələri artıq reallığa çevrilir Bu böyük problem Azərbaycanda daim ən ali müstəvidə narahatlıq doğurub

Su müharibələri artıq reallığa çevrilir Bu böyük problem Azərbaycanda daim ən ali müstəvidə narahatlıq doğurub

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq yer üzündə bu ikihərfli sözdən əzəmətli heçnə yoxdur: Su!
Nağıllarda, dini rəvayətlərdə sudan qorunmaq üçün nəhəng gəmilər tikilirdisə, bu gün nəhəng anbarlar yaradıb suyu qorumağa məcburuq.
Bəli, alimlərin illər əvvəl verdiyi qorxunc proqnozlarla üz-üzəyik: XXI əsrin ən böyük problemi sudur. Şirin su təkcə böyük şəhərlərin deyil, ovuc içi boyda kəndlərin də bəlasına çevrilir.
Bu quraqlıq, susuzluq bəlasına bu gün, demək olar, bütün dünya mübtəla olmaqdadır.
Artıq su anlayışı iqlim, ekoloji problem kontekstindən çıxaraq geosiyası çağırışa çevrilib. Bu gün su, daha-doğrusu susuzluq dövlətlərarası, qitələrarası müzakirə predmetidir. Su ehtiyatı olan regionlar bir zamanlar qızıl, almaz ehtiyatları ilə zəngin torpaqlar qədər əhəmiyyət qazanıb. Çünki bu gün dünyada 2,2 milyard insan təhlükəsiz içməli suya çıxış əldə edə bilmir, ən dəhşətlisi isə budur ki, dünya əhalisinin yarıdan çoxu, yəni 4 milyard insan ildə ən azı 1 ay ağır su stressi yaşayır. İnsan artımı, iqlim dəyişikliyi, sənayenin inkişaf gedişatı artıq bu proqnozu fakta çevirməkdədir: 2050-ci ilə qədər daha 1 milyard insan ekstremal su qıtlığı yaşayacaq.
Bir zamanlar filmlərə mövzu olan, çoxlarına fantastik görünən su müharibələri artıq reallığa çevrilir. Bəşəriyyət dəhşətli bir dramla üz-üzə qalmaqdadır. Su resurslarının çatışmazlığı ucbatından ölkələr arasında gərginliklər artıq göz önündədir. Ötən il Hindistanın Pakistanla su müqaviləsini dayandırması yeni müharibəyə səbəb oldu. Dünya artıq su müharibələrini yaşamaqdadır. Nil çayı hövzəsindəki ölkələr arasındakı gərginlikləri də bura əlavə etsək, problemin miqyası ağır bir startı işarə verir.
Azərbaycan dünyanın ən bol resurslu regionlarından birində - Qafqazda yerləşsə də, Qafqaz da artıq susuzluq problemləri ilə üz-üzə qalmaqdadır. Nəzərə almalıyıq ki, Azərbaycan Cənubi Qafqazın ən az su resurslarına malik ölkəsidir. Cənub qonşumuz olan İran artıq dəfələrlə susuzluq barədə həyəcan siqnalı səsləndirib. Bu da o deməkdir ki, susuzluq problemi bütün qüvvəsi ilə güneyimizdədir.
Azərbaycanın qarşısındakı susuzluq probleminə diqqət etdikdə ilk pozitiv mənzərə dövlətin zamanında bu problemə xüsusi diqqət ayırması, susuzluğun qarşısının alınması üçün davamlı strateji addımlar atmasıdır.
Prezident İlham Əliyevin onillər əvvəldən su problem mövzusundakı çıxışlarına nəzər saldıqda görünür ki, ölkəmizdə su və meliorasiya problemlərinin həlli, əhalinin içməli su ilə etibarlı təminatı dövlətin müəyyən etdiyi əsas prioritet istiqamətlərdəndir.
20 il əvvəl 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı Prezident sarayında keçirdiyi müşavirədə su təchizatını qarşıdakı illərdə xüsusi diqqət tələb edən əsas problemlər siyahısına salmışdı.
20 ildən artıq davam edən silsilə dövlət diqqəti sayəsində Azərbaycan bəşəriyyətin bir nömrəli probleminə - susuzluq probleminə qarşı uğurlu layihələrlə sədd çəkməyi bacarır.
Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə su problemi ilə bağlı həyata keçirilən layihələrdən söz açılarkən 20 illik bir konsepsiya göz önünə gəlir.
Son 20 ildə ölkədə 500 milyon kubmetrdən artıq tutuma malik dörd böyük su anbarı inşa edilib. “Taxtakörpü” və “Şəmkirçay” su anbarları Bakının, Abşeron yarımadasının və qərb bölgələrinin su təminatında həlledici rol oynayıb. Samur-Abşeron kanalı və Oğuz-Qəbələ-Bakı su kəməri yenidən qurularaq Bakının dayanıqlı su təminatının əsas dayaqlarına çevrilib. “Ceyranbatan” su anbarı və sutəmizləyici kompleksi tam modernləşdirilib.
Qlobal iqlim dəyişikliyi, yağıntıların azalması və suya tələbatın artması fonunda su çatışmazlığı riski güclənib. Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 75%-i ölkə xaricində formalaşır ki, bu da məsələni strateji və həssas edir. Bu səbəbdən su ehtiyatlarının sistemli idarə edilməsi, itkilərin azaldılması, rəqəmsal nəzarətin gücləndirilməsi əsas hədəf kimi müəyyən edilib.
Azərbaycan Cənubi Qafqazın ən az təbii şirin su ehtiyatına malik ölkəsi olması ilə yanaşı 30 ilə yaxın mövcud su mənbələrinin təxminən ¼-i işğal altında olub. Bir qərinəyə yaxın zaman kəsiyində Azərbaycan təkcə su ehtiyatlarının 25%-dən məhrum edilməyib, həm də Ermənistanın su terroruna məruz qalıb, su anbarları dağıdılıb, çay sularının kortəbii istismarı nəticəsində təbii axınlar quruyub, çayların flora və faunası məhv olub.
İşğala son qoyulandan sonra isə azad olunan ərazilərdə təkcə iqtisadi, sosial, mədəni infrasturuktur deyil, eyni zamanda təbii resursların bərpası istiqamətində də aktiv layihələr həyata keçirilib.
Qarabağ və Şərqi Zəngəzurda su ehtiyatları üzərində nəzarət bərpa olunduqdan sonra “Sərsəng”, “Suqovuşan”, “Xaçınçay”, “Köndələnçay”, “Zabuxçay” su anbarları yenidən qurulub, “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi planlaşdırılıb. Bu ərazilərdə formalaşan su ehtiyatları ölkənin ümumi su təhlükəsizliyində mühüm paya malikdir.
Bakıda və Abşeron yarımadasında mövcud su və kanalizasiya infrastrukturu əsasən 1980-ci illərdə formalaşdığından artan əhali və yaşayış məntəqələrinin fasiləsiz su təminatı, kanalizasiya əhatəliliyi, yağış sularının idarə edilməsində problemlər yaradırdı. 12 yanvar 2026-cı ildə keçirilən müşavirədə diqqətə çatdırılan önəmli məqamlardan biri də Bakının kanalizasiya və yağış sularının idarə olunması problemi idi ki, bu məqam da 2026-2035-ci illəri əhatə edəcək müfəssəl dövlət proqramında həllini tapacaq.
Bakı kimi şəhərlər üçün ən vacib problemlərdən olan fasiləsiz içməli su ilə təminatın 70%-dən 95%-ə çatdırıacağı proqnozu müşavirədə müzakirə edilən dövlət proqramının fundamental dayaqlar üzərində hazırlandığından xəbər verir.
Dünyanın bir sıra ölkələrinin artıq gecikdiyi bu böyük problem Azərbaycanda daim ən ali müstəvidə narahatlıq doğurub və bu səbəbdəndir ki, geosiyasi sima qazanmış su probleminə qarşı Azərbaycan dövləti dolğun və əhatələnmiş proqramla çıxır.
Sistemli həllin nəzərdə tutulduğu dövlət proqramının əhatəsi çərçivəsində kanalizasiya xidməti dairəsini mövcud 50%-dən 95%-ə çatdırılması, su təsərrüfatında itkilərin 40–45% səviyyəsindən təxminən 20%-ə endirilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində su ehtiyatlarının artırılması və dayanıqlı idarə olunması üçün ölkə üzrə təxminən 30 yeni su anbarının inşası həyata keçiriləcək. Bununla yanaşı, Bakı şəhərinin 30 küçəsində yeni yağış suyu kollektorları yaradılacaq ki, bununla da intensiv yağıntılar zamanı küçə və yolların su altına qalması və daşqın risklərinin minimuma endirilməsi təmin ediləcək, texniki su bazası yaradılacaq.
Son olaraq, daha bir önəmli məqama diqqət edək: bir zamanlar paradoksal deyimlərdə yer alan “dəniz suyunu içmək” ifadəsi də məhz sözügedən dövlət proqramı çərçivəsində reallığa çevrilir. Abşeron yarımadasında ölkə tarixində ilk dəfə olaraq dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi planlaşdırılır.
Azərbaycan dövləti susuzluq probleminə qarşı zamanında strateji addımlar atır, vətəndaşlar da artıq XXI əsrin dünyasında yaşadığından suya münasibətini israf-qənaət tərəzisində bir daha nəzərdən keçirməlidir. Unutmamalıyıq ki, artıq bəyəriyyətin ən faydalı neməti nə qızıl, nə platin, nə də neftdir. XXI əsrin ən qorunmalı resursu sudur.
Sərdar Amin
Trend İnformasiya Agentliyinin azərbaycandilli xəbərlər xidmətinin rəhbəri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Yanvar 2026 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri