Icma.az
close
up
RU
“Su streslə mübarizədə sizin ən sadiq dostunuzdur“ Elmi araşdırma

“Su streslə mübarizədə sizin ən sadiq dostunuzdur“ Elmi araşdırma

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hər damcı su hər nəfəs qədər vacibdir..."

Günün sonunda özünüzü gərgin, sinirli və tam tükənmiş hiss edirsiniz? Düşünün, bu gün neçə stəkan su içmisiniz? Suyun sadəcə susuzluğu yatırmaqdan daha böyük gücü var - o, bədənimizi stresdən qoruyan, ruhumuzu sakitləşdirən təbii bir qalxandır.

Moderator.az xəbər verir ki, bu barədə  yazıb.

Liverpul Universitetinin araşdırması göstərir ki, gündə yarım litrdən az su içən insanlar stres testləri zamanı bədənin əsas "stres hormonu" olan kortizolun səviyyəsinin kəskin yüksəlməsinə məruz qalır. Testlər arasında ictimai çıxış, mürəkkəb riyazi tapşırıqlar və gərgin müsahibələr olub.

Nəticələr aydın idi: ürək döyüntüsü sürətlənir, əllər tərləyir, ağız quruyur. Lakin ən çox kortizol artımı məhz az su içənlərdə qeydə alınıb. Kortizol bədənin təzyiq və gərginlik anlarında mobilizasiyasını təmin edir. Qısa müddətli yüksəliş normaldır, amma uzun müddətli artım ürək xəstəlikləri, piylənmə, diabet, yüksək təzyiq, immunitetin zəifləməsi, əhvalın pisləşməsi və hətta depressiyaya yol açır.

Gündə nə qədər su içmək lazımdır?

Doktor Şiri Laor Hayman izah edir: "Bədənimiz susuz olmadığımızı hiss etsək belə, daha çox suya ehtiyac duyur. Gündəlik 1,5-2 litr su qəbul etmək minimal tövsiyədir, ideal həcm isə kişilər üçün 2,5 litr, qadınlar üçün 2 litrdir. Maye yalnız sudan deyil, çay və şorbalardan da gəlir, amma ən faydalısı həmişə sudur". İsti yay günlərində, intensiv idman zamanı, xəstəlik dövründə, hamiləlik və südvermə zamanı maye qəbulu daha da artırılmalıdır.

Bədənimiz yetərincə su alırmı?

Ən sadə göstərici sidik rəngidir: tünd rəng susuzluğun xəbərçisidir. Yorğunluq, başgicəllənmə, ağız quruluğu da xəbərdardır. Tədqiqatda iştirak edən 62 sağlam yetkin üzərində aparılan ölçmələr göstərib ki, az su içən qrupun kortizol səviyyəsi stres testindən sonra 50 faizdən çox artıb. Bu da onu göstərir ki, su bədənin streslə mübarizəsində həyati rol oynayır.

Vəziyyət daha dərindir: maye çatışmazlığı bədəndə vazopressin hormonunu artırır, bu hormon böyrəklərə təsir edərək suyun bədən tərəfindən saxlanmasını təmin edir. Uzun müddət bu proses böyrəkləri yorur və kortizolu artırır.

Su həyatın yanacağıdır

Kifayət qədər su içmək stresi azaldır, ürək-damar sağlamlığını qoruyur, bədən temperaturunu tənzimləyir, piylənmə və diabet riskini azaldır, böyrəkləri və immun sistemini dəstəkləyir, psixi sağlamlığı gücləndirir.

Bu dünyada kifayət qədər gərginlik var. Ona görə də, haraya getsəniz getin, su şüşənizi yanınıza alın. Hər damcı həyatdır, hər stəkan ruhunuza sakitlik verən sehrli bir qüvvədir. Su həyatın ən sadə və ən güclü yanacağıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Sentyabr 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri