Icma.az
close
up
RU
Su təchizatı üçün plastik boru kəmərləri sahəsində yeni dövlət standartları qəbul edilib

Su təchizatı üçün plastik boru kəmərləri sahəsində yeni dövlət standartları qəbul edilib

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən su təchizatı, drenaj və təzyiqli kanalizasiya sistemləri üçün plastik boru kəmərləri sahəsində AZS EN 12201-1:2025 “Su təcizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri. Polietilen (PE) - Hissə 1: Ümumi tələblər”, AZS EN 12201-2:2025 “Su təcizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri. Polietilen (PE) - Hissə 2: Borular” və AZS EN 12201-3:2025 “Su təcizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri. Polietilen (PE) - Hissə 3: Fitinqlər” yeni dövlət standartları qəbul edilib.

Bu barədə “APA-Economics” AZSTAND-da istinadən xəbər verir.

Məlumata görə, sözügedən dövlət standartları polietilen (PE) materialından hazırlanan boru, fitinq və komponentlərin keyfiyyət və təhlükəsizlik göstəricilərini artırmaq məqsədilə qəbul edilib. Bu standartlar su təchizatı, drenaj və təzyiqli kanalizasiya sistemləri üçün plastik boru kəmərlərinin ümumi tələblərini müəyyən edir.

Belə ki, yeni dövlət standartlarının tətbiqi ilə əhali, sənaye müəssisələri və digər sahələrin su ilə təchiz edilməsində istifadə edilən xətlər, eləcə də tullantı sularının axıdılması üçün xətlərin davamlılığına, su itkisinin azaldılmasına və səmərəli istifadəsinə imkan yaranacaq.

Sözügedən yeni dövlət standartları “Tikinti materialları, məmulatları və konstruksiyaları” Texniki Komitəsində (AZSTAND/TK 10) qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd: AZS EN 12201-1:2025, AZS EN 12201-2:2025 və AZS EN 12201-3:2025 dövlət standartları Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 saylı Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının icrası məqsədilə AZS 806-1-2014 “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər”, AZS 806-2-2014 “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 2: Borular” və AZS 806-3-2014 “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 3: Fitinqlər.” dövlət standartlarının əvəzinə işlənib hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri