Icma.az
close
up
RU
Suallar namizəddən pedaqoji duyum, fəhmi və fikri yanaşma tələb edir Elmin Nuri

Suallar namizəddən pedaqoji duyum, fəhmi və fikri yanaşma tələb edir Elmin Nuri

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin, həmçinin, müəllimlərin sertifakatlaşdırılması prosesinin test imtahanı mərhəsində ixtisas fənni və metodika ilə bağlı təqdim olunan sualların böyük əksəriyyəti nəzəri xarakter daşıyır".

Bunu Redaktor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun MİQ-də "metodikaya dair tətbiqi sualların cavablandırılması nəzəri metodiki biliklərlə yanaşı, pedaqoji təcrübə də tələb edir" fikirlərini şərh edərkən bildirdi.

"Amma onu da deməliyik ki, bu suallar həm də müəllimdən yeni yanaşmalar, məntiqi əlaqələndirmələr, analitik bacarıqlar  tələb edir. Bunu xüsusən də MİQ müsabiqəsində təqdim olunan suallarla bağlı demək olar. Sualların peşəkarlar tərəfindən yüksək səviyyədə hazırlandığını etiraf etməliyik. Amma suallarda nəzəri ilə yanaşı, praktiki aspektlər də nəzərə çarpır. Lakin burada qorxuducu, narahatedici nəsə görmürəm. Yəni, pedaqoji təcrübəsi olmayanların, yaxud, az olanların bu suallar qarşısında aciz qalacaqlarını düşünmürəm. Çünki bu suallar pedaqoji təcrübə, pedaqoji stajdan çox namizəddən pedaqoji duyum, fəhmi və fikri yanaşma tələb edir. Bu isə yaş, daha çoxillik təcrübə faktoruna baxmır" - deyən müsahibimizin sözlərinə görə, pedaqoji yanaşmalarda praktikilik hər hansı mövzunu daha əyani şəkildə keçmək bacarığı, situasiyanı düzgün dəyərləndirmək qabiliyyətidir:

"Bunun üçün isə təbii ki, təcrübə, staj vacib məsələdir, amma hər şey demək deyil. Gənc namizədlər bu sualların öhdəsindən gəlmək üçün öz üzərlərində çox işləməli, sadəcə dünyanın çağdaş təhsil trendlərini izləməlidirlər. Bu, onlar üçün kifayət edəcəkdir. MİQ-də yüksək nəticə göstərənlərin, maksimal bal toplayanların böyük əksəriyyətinin məhz gənclər olduğunu nəzərə alsaq, asanlıqla deyə bilərik ki, pedaqoji praktikilik onlarda daha güclüdür".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri