Sudanın Suverenlik Şurasının sədrinin Azərbaycana səfəri başlayıb Doğru Xəbərlər
Dogru.az saytına istinadən Icma.az xəbər verir.
Sudan Respublikasının Suverenlik Şurasının sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə nazirinin müavini Nadir Zeynalov və digər rəsmi şəxslər qarşılayıblar.
DOĞRU.AZ

Sudanın Suverenlik Şurasının sədrinin Azərbaycana səfəri başlayıb
12 Noyabr 2024 06:08

