Icma.az
close
up
RU
Paşinyanın jestləri şübhə doğurur: Ali səviyyəli görüşlər üçün sülh müqaviləsi şərtdir

Paşinyanın jestləri şübhə doğurur: Ali səviyyəli görüşlər üçün sülh müqaviləsi şərtdir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Siyasi iradə yoxdursa, sammitlər formal xarakter daşıyacaq"


“Sammitlər və siyasi təşəbbüslər normallaşma prosesinin simvolik ifadəsi ola bilər, lakin onların real təsiri sülh prosesində alınacaq nəticələrlə ölçüləcək”


"Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta bildirib. Koşta deyib ki, Tiranada uğurlu Zirvə toplantısından sonra "Avropa Siyasi Birliyi" 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq. O, sammitin 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini vurğulayıb. Qeyd edək ki, belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanla Avropa ölkələri arasında münasibətlərin inkişaf tendensiyasından xəbər verir. Belə ki, Prezident İlham Əliyevin Tiranada "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı çərçivəsində keçirdiyi çoxsaylı ikitərəfli görüşlər, bu görüşlərdə səmimi münasibətlər və dialoqlar Azərbaycanla köhnə qitə arasında münasibətlərdə yeni səhifənin açıldığını nümayiş etdirdi. Avropa Siyasi Birliyinin 2026-cı il sammitinin Ermənistanda, 2028-ci il sammitinin isə Azərbaycanda keçirilməsi ilə bağlı qərarın açıqlanmasından sonra erməni ictimaiyyətində bir sıra suallar müzakirə mövzusuna çevrilib. Çünki EPU-nun gələn il Ermənistanda, üç il sonra Azərbaycanda keçirilməsi qərarı Bakı və İrəvanın bir-birinə qarşılıqlı dəstəyi ilə verilib. İddialara görə, bu qərarı verən Avropanın siyasi elitası Azərbaycan prezidentinin EPU-nun İrəvan sammitində iştirakını xahiş edə bilər. Bu, Avropanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında payının artması və Cənubi Qafqazda mövqelərinin güclənməsi baxımından sərfəlidir. Erməni mediası yazır ki, dövlət başçısı İlham Əliyevin İrəvana getməsi Paşinyan hakimiyyətinin erməni cəmiyyəti qarşısında müdafiə etdiyi “anti-müharibə tezisləri”ni gücləndirmək imkanlarını artıra bilər. Lakin hesab edilir ki, ölkə rəhbəri İlham Əliyevin İrəvan sammitində iştirak edib-etməməsində həlledici rolu Ermənistanla sülh sazişinin taleyi müəyyən edəcək. Ermənistan sammitə qədər Azərbaycanın tələblərini yerinə yetirsə və sülh sazişi Bakının şərtləri çərçivəsində imzalanarsa, Prezidentin İrəvana səfəri müzakirə oluna bilər. Əks təqdirdə, belə bir ehtimal olduqca zəifdir. Bununla yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyanın 2028-ci ildə Azərbaycana səfəri də müzakirə predmetidir. 


Ehtimalları dəyərləndirən politoloq Turan Rzayev Sherg.az-a deyib ki, hər iki ölkə rəhbərinin qarşılıqlı səfəri nəzəri baxımdan mümkündür, lakin praktik reallıq fərqlidir. Ekspert vurğulayıb ki, bu səfərlərin reallaşması üçün ilk növbədə konkret siyasi və diplomatik zəmin olmalıdır: 


"Ən vacib şərt isə sülh müqaviləsinin imzalanmasıdır. Ümumiyyətlə, yüksək səviyyəli siyasi görüşlər və beynəlxalq sammitlər yalnız qarşılıqlı etimad mühiti mövcud olduğu halda, tərəflərin əsas məsələlərin həllinə yönəlmiş siyasi iradəsi şəraitində gerçəkləşə bilər. Əks təqdirdə, bu cür görüşlər formal xarakter daşıyacaq və münaqişənin həllində real irəliləyişə səbəb olmayacaq. Məsələn, COP29 tədbirinin Azərbaycanda keçirilməsində Ermənistanın rolu oldu. Lakin rəsmi Bakının dəvətlərinə baxmayaraq, Ermənistan COP29-da təmsil olunmadı. Bu fakt bir daha göstərdi ki, sülh müqaviləsi olmadan baş tutan beynəlxalq tədbirlərdə iştirak, qarşılıqlı siyasi maraq və etimad yoxdursa, formal qalır. 2026-cı ildə İrəvanda keçiriləcək sammitin Ermənistan parlament seçkiləri ilə eyni vaxta təsadüf etməsi isə xüsusi diqqətə layiqdir. Baş nazir Paşinyanın sammitin təşkilini alqışlaması və Bakı ilə qarşılıqlı dəstək mesajları səsləndirməsi ilk baxışdan müsbət siyasi jest kimi görünə bilər. Lakin bu təşəbbüsün daxili siyasi məqsədlərə xidmət etdiyi də istisna deyil. Seçkiöncəsi dövrdə belə beynəlxalq tədbirlərin hökumət tərəfindən “siyasi uğur” kimi təqdim edilməsi, ictimai rəyi yönləndirmək və Paşinyan hakimiyyətinin mövqelərini gücləndirmək üçün alətə çevrilə bilər". 


Analitik qeyd edib ki, Azərbaycan üçün isə prioritet regionda sabitliyin təmin edilməsi, sülh prosesinin davam etdirilməsi və təhlükəsizlik zəmanətlərinin möhkəmləndirilməsidir:

 "Lakin siyasi etimadın bərpa olunmaması və fundamental problemlərin həll edilməməsi bu prosesin irəliləməsinə ciddi şəkildə mane olur. Odur ki, tərəflərin iradəsi konkret sülh müqaviləsi ilə təsdiqlənməlidir. Nəticə etibarilə sammitlər və siyasi təşəbbüslər normallaşma prosesinin simvolik ifadəsi ola bilər, lakin onların real təsiri sülh prosesində alınacaq nəticələrlə ölçüləcək. Qarşılıqlı etimadın yaranması, diplomatik və siyasi əməkdaşlığın təşviqi gələcəkdə daha geniş əməkdaşlıq platformalarının formalaşmasına zəmin yarada bilər.

Bunun üçün Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında təşəbbüskarlıq göstərməli, eyni zamanda Bakını narahat edən məsələlərin həlli istiqamətində konkret addımlar atmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri