Icma.az
close
up
RU
Sülh planının gizlinləri: Bakı nəyi hədəfləyir? İlginc iddialar

Sülh planının gizlinləri: Bakı nəyi hədəfləyir? İlginc iddialar

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Azərbaycanın Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılmasını tələb etməsi haqlıdır. Prezident İlham Əliyev Qlobal Media Forumunda bir daha vurğuladı ki, sülh prosesində müsbət meyllərə baxmayaraq, Ermənistana etibar yoxdur. Əvvəllər Ermənistan tərəfi bir neçə dəfə ziddiyyətli bəyanatlar verib. Buna görə də, Bakı Ermənistanla dövlətlərarası münasibətlərin qurulmasında hüquqi əsasları maksimum düzgün formalaşdırmağa çalışır ki, risklər minimuma endirilsin və Ermənistanın gələcək hakimiyyətləri sülh müqaviləsini şübhə altına alacaq addımlar ata bilməsin. Qlobal təcrübə göstərir ki, hər hansı proses asanlıqla əks istiqamətə çevrilə bilər”.

Bakupost.az xəbər verir ki, bunu Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov deyib. O, Azərbaycanın sülh üçün xoşməramlı addımlar atdığını bildirib:

“Rəsmi Bakı başa düşür ki, Ermənistan hazırda öz konstitusiyasını dəyişməyəcək və oradan Azərbaycana qarşı ərazi iddialarını dərhal çıxarmayacaq, çünki bu zaman tələb edən bir prosesdir. Sülh müqaviləsinin nizamlanması təklifi Azərbaycanın imic addımıdır, Bakı göstərmək istəyir ki, məhz Azərbaycan sülh prosesinin əsas təşəbbüskarı və hərəkətverici qüvvəsidir. Bu, Azərbaycanın Ermənistana qarşı xoşniyyətli addımıdır.

Aydındır ki, bu paraflanma Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin sürətlənməsinə ciddi təsir göstərməyəcək. Amma bu, tərəflərin münasibətlərin normallaşmasına doğru etdiyi jest olacaq. Üstəlik, İrəvan uzun müddət bəyan edirdi ki, guya Ermənistan sülh müqaviləsi imzalamağı təklif edir, amma Azərbaycan bundan imtina edir. Bu addım həmin informasiyaların əsassız olduğunu göstərəcək.

Əlbəttə, hadisələrin müsbət inkişafı halında Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarması ehtimalı yüksəkdir. Hazırda İrəvandan bildirirlər ki, Konstitusiya üzrə referendum 2027-ci ildə keçiriləcək. Bu isə uzun bir müddətdir və bu zaman ərzində hər şey baş verə bilər. Paşinyan bu istiqamətdə addımlar atır, lakin çox yavaş və ehtiyatla irəliləyir. Ermənistan daxilindəki siyasi vəziyyət hələ də Bakı-İrəvan danışıqlarının dinamikasına təsir göstərir. Müxalifət revanşist mövqedən çıxış edir. Bu şəraitdə Paşinyan alternativ gündəmi irəli sürür. O, Bakı ilə birbaşa təmaslara daha fəal gedir, özünü problemin həllində fəal tərəf kimi göstərməyə çalışır, sübut etmək istəyir ki, onun "real Ermənistan" gündəmi erməni xalqının daha yaxşı gələcəyi üçün aktual və faydalıdır”.

Aysel,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 İyul 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri