Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Sülh prosesinin regionda əks sədası

Sülh prosesinin regionda əks sədası

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara–İrəvan diplomatik əməkdaşlığı

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində son vaxtlar atılan bir sıra addımlar, xüsusilə avqustun 8-də Vaşinqtonda sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin mətninin paraflanması Türkiyə–Ermənistan münasibətlərinə də təsirsiz ötüşməyib. Daha doğrusu, müsbət təsir göstərir. Bu da gözlənilən idi. Çünki Türkiyə Ermənistanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən olsa da (bu hadisə 1991-ci il dekabrın 16-da baş verib–S.H.) məhz 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalından sonra Ermənistanla sərhədini bağlayıb.

Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin tam normallaşması yalnız Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasından sonra mümkündür. Bu gün həmin hədəfə yaxınlaşma Türkiyə üçün də yeni diplomatik imkanlar açır. Regionda sabitliyin möhkəmlənməsi həm nəqliyyat-kommunikasiya xətlərinin bərpasını sürətləndirir, həm də iqtisadi əməkdaşlıq perspektivlərini genişləndirir. Eyni zamanda, Türkiyə ilə sərhədin açılması Ermənistana ciddi sosial-iqtisadi dividendlər vəd edir. Beləliklə, Azərbaycan–Ermənistan sülh prosesi əslində, Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının yaranmasına zəmin hazırlayır.

Bu istiqamətdə sonuncu yenilik Türkiyənin nüfuzlu NTV kanalının (1996-cı ildə yaradılıb) məlumatlı diplomatik mənbələrə istinadən Ermənistan–Türkiyə nümayəndə heyətlərinin ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı görüşünə dair yaydığı məlumatdır. Telekanalın məlumatına görə, xüsusi nümayəndə Sərdar Kılıçın rəhbərlik etdiyi türk diplomatlar quru yolla – “Əlican” və “Marqara” sərhəd nəzarət buraxılış məntəqəsindən keçməklə Ermənistana daxil olacaqlar. Gözlənilən danışıqlarda məhz sərhəd məsələsi diqqət mərkəzində olacaq. Qeyd edilib ki, görüş Türkiyə və Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşdırılması üçün bəzi qərarların qəbul edilməsi və artıq qəbul edilənlərin həyata keçirilməsi məsələlərini əhatə edə bilər.

Ermənistan Xarici İşlər Nazirliyi iki ölkənin diplomatik nümayəndələrinin tezliklə keçiriləcək görüşü ilə bağlı məlumatı rəsmən təsdiqləyib. “Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ruben Rubinyan və Sərdar Kılıç arasında görüş planlaşdırılır”, – deyə Ermənistanın xarici siyasət idarəsinin məlumatında deyilir.

Qeyd edək ki, Türkiyə və Ermənistanın ikitərəfli münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrinin ilk görüşü 2022-ci il yanvarın 14-də Moskvada baş tutub. Həmin görüş zamanı tərəflər tammiqyaslı nizamlanma üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər. Danışıqlarda Ermənistanı parlamentin sədr müavini Ruben Rubinyan, Türkiyəni isə ABŞ-dakı keçmiş səfir Sərdar Kılıç təmsil edir. İndiyədək nümayəndə heyətlərinin 5 görüşü keçirilib. Bu görüşlərdə yükdaşımalara başlamaq, o cümlədən sərhədlərin açılmasına hazırlıq üçün texniki və infrastruktur işlərinin görülməsi barədə qərarlar qəbul edilib. Əvvəlki iclaslarda xüsusi nümayəndlər diplomatik pasport sahibləri üçün viza prosedurlarını asanlaşdırmaqla yanaşı, üçüncü ölkə vətəndaşlarının Türkiyə–Ermənistan sərhədindən keçməsinə də razılıq veriblər, lakin bu qərar hələlik həyata keçirilməyib.

Cənubi Qafqazda son aylarda müşahidə olunan diplomatik fəallıq isə bir sıra istiqamətlərdə paralel proseslərin inkişafına gətirib çıxarıb. Qeyd etdiyimiz kimi, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin paraflanması bütövlükdə regionun gələcəyi, o cümlədən Türkiyə–Ermənistan münasibətlərində də müsbət rezonans doğurub. Bu da gözlənilən idi. Çünki Ermənistanla normallaşma mövzusu Ankaranın siyasi gündəmində daim Azərbaycanla paralel şəkildə nəzərdən keçirilib. Rəsmi Ankara dəfələrlə vurğulayıb ki, Ermənistanla diplomatik münasibətlərin bərpası və sərhədlərin açılması yalnız Bakı ilə İrəvan arasında sülhün təmin olunmasından sonra mümkündür. 44 günlük Vətən müharibəsi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yeni geosiyasi reallıq yaradıb. Bu reallıq yalnız Azərbaycan–Ermənistan münasibətlərini deyil, həm də Türkiyə–Ermənistan dialoqunu hərəkətə gətirib. 2022-ci ilin yanvarında Moskvada başlayan xüsusi nümayəndələr formatında görüşlər müəyyən dərəcədə müsbət nəticələr doğurub. Doğrudur, sərhədlərin tam açılması və diplomatik əlaqələrin bərpası kimi əsas məsələlər hələlik həyata keçməyib, tərəflər yalnız yükdaşımaların təşkili, vizaların sadələşdirilməsi və texniki hazırlıqlar barədə ilkin razılaşmalar əldə ediblər. Ancaq bu da özü-özlüyündə mühüm addımdır.

Son günlər bu istiqamətdə yeni dinamikanın müşahidə olunması təsadüfi deyil. Türk diplomatların quru sərhədindən istifadə etməklə Ermənistana daxil olmaları planlaşdırılır. Bu, ciddi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilməlidir. Çünki sərhədin qapalı qalması iki xalq arasında həm iqtisadi, həm də humanitar əlaqələrin tamamilə kəsilməsinə gətirib çıxarıb. İndi isə real addım atılacağı təqdirdə bu vəziyyət dəyişə bilər. Ermənistan XİN-ni görüşün keçiriləcəyini rəsmən təsdiqləməsi faktı göstərir ki, tərəflər artıq ilkin hazırlıq mərhələsini başa vurub, konkret nəticələrə yönələn gündəlik formalaşdırmağa çalışırlar. Danışıqların əsas mövzusu sərhədin açılması olacaq. Əgər bu istiqamətdə razılaşma əldə olunarsa, Ermənistan üçün yeni iqtisadi imkanlar yaranacaq. Açıq sərhəd qonşu Türkiyə bazarına çıxışı təmin etməklə yanaşı, həm də tranzit daşımaların canlanmasına səbəb ola bilər. Bu, Ermənistan iqtisadiyyatı üçün uzun illərdən bəri arzulanan perspektivdir. Digər tərəfdən, Türkiyənin maraqları kifayət qədər aydındır. Ankara bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşmasında öz rolunu oynamağa çalışır. Azərbaycanla qardaşlıq münasibətlərinə söykənən bu siyasət indi Ermənistanla münasibətlərin normallaşdırılması vasitəsilə daha geniş regional inteqrasiyaya xidmət edə bilər. Əlbəttə, proses asan olmayacaq. Ermənistanda revanşist dairələr hələ də mövcuddur, onlar Ankara ilə yaxınlaşmanı Azərbaycanın maraqlarına uyğun addım kimi təqdim edərək ictimai rəydə müqavimət yaratmağa çalışırlar. Lakin geosiyasi reallıq başqa istiqamətdə işləyir. Bu gün bölgədə bütün layihələr və siyasi təşəbbüslər Azərbaycanın suverenliyi və ərazi bütövlüyü üzərində qurulur. Ermənistan bunu qəbul etdikcə həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərin normallaşması real müstəviyə keçir. Əks halda, təcrid olunmuş vəziyyətdə qalmaq ehtimalı güclənəcək. Ona görə də İrəvan üçün ən rasional seçim konstruktiv xətt tutmaqdır. Nəticə etibarilə, Türkiyə–Ermənistan münasibətlərində son vaxtlar müşahidə olunan fəallıq birbaşa Azərbaycan–Ermənistan sülh prosesinin nəticəsidir. Vaşinqtonda avqustun 8-də sülh sazişinin paraflanması isə bu dinamikanı daha da sürətləndirdi. Çünki məhz həmin sənəd regionda yeni əməkdaşlıq formatlarının əsasını qoyur və Türkiyə–Ermənistan sərhədinin açılmasına aparan yolun önündəki ən böyük maneəni, yəni iki qonşu dövlət arasında düşmənçiliyi aradan qaldırır. Bununla yanaşı, Türkiyə-Ermənistan dialoqu təkcə ikitərəfli münasibətlərin yaxşılaşması demək deyil. Əslində, bu proses bütün Cənubi Qafqaz üçün yeni əməkdaşlıq mexanizmlərinin qapısını aça bilər. Quru sərhədin açılması ticarət dövriyyəsini artırmaqla yanaşı, həm də regionun tranzit potensialını gücləndirəcək. Ermənistan Avropa–Asiya nəqliyyat dəhlizlərinin bir hissəsinə çevrilə bilər ki, bu da ölkənin indiyədək məhdud imkanlarını xeyli genişləndirəcək. Ən əsası isə odur ki, normallaşma cəhdləri xalqlar arasında uzun illərdən bəri mövcud olan psixoloji baryerlərin yumşalmasına səbəb olacaq. Beləliklə, diplomatik təşəbbüslər təkcə siyasi deyil, həm də ictimai sülhün təməlinin möhkəmlənməsinə xidmət edəcək. Bu isə Vaşinqtonda paraflanan sülh sazişinin strateji nəticələrindən biri kimi dəyərləndirilə bilər.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri