“Sülh razılaşmasının perspektivi yaxın günlərdə mümkün görünür”
Icma.az, Gununsesi saytına istinadən bildirir.
“Son günlər Ukraynayla bağlı sülh razılaşmasının əldə edilməsi məsələsi gündəmə gəlir. ABŞ-ın Donald Tramp administrasiyası uzun müddətdir bu mövqedədir və ən son 19 noyabr tarixində 28 maddədən ibarət sülh müqaviləsini təklif etmişdi”.
Bunu Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib:
Xəyal Bəşirov fikirlərini belə davam edib:
“Daha sonra bəzi düzəlişlər və çıxarışlarla bu layihə yenilənmişdi. Avropa tərəfi isə daha sonra 24 maddəlik sülh razılaşması təqdim etdi.
ABŞ-ın mövqeyinə əlavə olaraq, Avropa və proseslərdə razılaşmaya qəti qarşı olan bəzi dövlətlər və rəsmi şəxslər də, məsələn, Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Kaya Kallas, razılaşmanın mümkünlüyü ilə bağlı fikirlər səsləndiriblər.
Rusiya ilə razılaşmada bəzi məqamlar hələ də razılaşdırılmayıb”.
Politoloqun fikrincə, sülh razılaşmasının perspektivi yaxın günlərdə mümkün görünür.
“ABŞ Rusiyanın tam məhvini istəmir, Avropa isə zəifləyib və ABŞ üçün vacibdir. Bu baxımdan, Ukrayna ilə Rusiya arasında sülh razılaşmasının əldə olunması ehtimalı böyükdür”,-deyə o əlavə edib.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 02 Dekabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















