Icma.az
close
up
RU
“Sülh Şurası” həm də Cənubi Qafqazda mühüm rol oynaya bilər Zahid Oruc

“Sülh Şurası” həm də Cənubi Qafqazda mühüm rol oynaya bilər Zahid Oruc

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son 30 ildə Birləşmiş Ştatların heç bir rəhbəri Azərbaycan Prezidentinə indiki qədər açıq rəğbət, güclü dəstək və yüksək tərəfdaşlıq ruhu göstərməyib.

Ölkə.az xəbər verir ki, deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib. 
Deputat deyib ki, b iz yaxşı xatırlayırıq, 36 il əvvəl 20 yanvarı islam  fundamentalistlərinin cəzalandırılması aktı adlandıran, Qorbaçova Qarabağı ermənilərə verməyə çağıran, separatizmə maliyyə və siyasi dəstək verən amerikalı liderləri olub. "Tramp yalnız geosiyasi maraqlara görə deyil, İlham Əliyevin şəxsiyyətinə, strateji baxışların ortaqlığına və qlobal layları tərpədən Qarabağ Qələbəsinə görə xüsusi rəğbətlə yanaşır. Prezidentin qətiyyətli liderliyi, Konqres və Senatda anti-Azərbaycan lobbi qruplarının təsirini xeyli azaldıb.

ABŞ lideri sosial hesabında 9 ayda 7 dəfə, diplomatik platformalarda və siyasi mesajlarında isə 14 dəfə İlham Əliyevə rəğbətini açıq ifadə edir, onu nümunə adlandıraraq deyir: “Siz güclü lidersiniz, sizinlə fəxr edirəm.”

Xatırladaq ki, Bayden administrasiyası 44 günlük müharibədən sonra sanksiya təşəbbüsləri, gündəlik media hücumları və “Qarabağda xristian dini abidələrinin qorunması” adı altında Azərbaycana təzyiqlər edirdilər. Onlar hakimiyyətdə qalsaydılar, ordumuzu Xankəndinə hücumda  günahlandırardılar",- o qeyd edib.

Deputat əlavə edib ki, Tramp administrasiyası dövründə ABŞ-Ermənistan münasibətləri rəsmi Bakı əleyhinə yönəlməyib: 

"Bəli, Vaşinqton hərbi qələbəmizi qəbul edir, onun legitimliyini tanıyır. Qərb liderlərinin bir qismi tərəfsiz qalsa da, Prezidentin elçisi Stiv Uitkof qalib, irəliləyən ordunun İrəvana hücum etməməsi əmrini verən İlham Əliyevi “müdrik və məsuliyyətli rəhbər nümunəsi” adlandırır.
8 avqust Vaşinqton Zirvəsi Kürəkçayla başlayan bölünmə və məğlubiyyət silsiləsinə son qoyan tək qalibiyyət hadisəsidir.   

Yanvarın 22-də Davosda ABŞ rəhbərinin dövlət başçısı ilə müstəsna  görüş təşkil etməsi, “Sülh Şurası”nda ölkəmizin təsisçi üzvlüyü, Trampın barış təşəbbüsləri ilə İlham Əliyevin sülh missiyasının birləşməsi deməkdir, Qarabağ Qələbəsinin yeni dünya düzənində ölkəmizə qazandırdığı yeni geosiyasi statusdur.

“Sülh Şurası” həm də Cənubi Qafqazda mühüm rol oynaya, artıq işləməyə başlayan TRİPP layihəsinin təminatçısı ola bilər.  

Keçmiş səfir, USAD-in ştatlı emissarı və ölkəmizə qarşı nifrət kampaniyasının önündə gedən Riçard Kozlariçin  “işğal partiyası”na dəstək tələblərinə rəsmi Vaşinqtonun məhəl qoymaması hakimiyyəti zorla dəyişdirmək istəyənləri dərindən məyus edir.

Ötən il 27 senatorun Azərbaycan əleyhinə imzaladıqları məktubda irəli sürülən ittihamları heç Ermənistan hökuməti qəbul etmir. Ona görə də ABŞ Dövlət Departamentinə Bakıda məhkəməsi keçirilən 19 şəxsin əməlləri haqqında  sənədləri təqdim etmək faydalı olar.

Nəhayət, vitse-prezident  Ceyms Vensin ölkəmizə gözlənilən səfəri tarixi əhəmiyyətə malikdir. ABŞ-la birlikdə regionda davamlı barış və təhlükəsizliyə xidmət edən “Sülh Korpusu”nun yaradılması müharibə deyil-TRİP layihəsində sabitliyi təmin etməyə, minaları təmizləməyə, qonşulara və tərəfdaşlara sülh “ixrac” etməyə kömək edərdi".

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Fevral 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri