Icma.az
close
up
RU
Sülh təklifinə İrəvan nə reaksiya verir?

Sülh təklifinə İrəvan nə reaksiya verir?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakı və İrəvan arasında sülh danışıqları ilə bağlı təmasların dekabr ayında bərpa olunacağı, yekun saziş üzərində diplomatik müzakirələrə yenidən start veriləcəyi bildirilirdi. Lakin İrəvan sülh təşəbbüslərinə yenə də erməni xislətinə uyğun cavab verməkdədir. Söhbət şərti sərhəddə vəziyyəti gərginləşdirə biləcək yeni hərbi təxribatlara hazırlıqdan gedir.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Paşinyanın isterikası

Təəssüf doğuran məqam ondan ibarətdir ki, Ermənistan rəhbərliyi yenidən sülh prosesini dəfələrlə pozan Fransa və ABŞ-dən gələn siyasi direktivləri etirazsız şəkildə yerinə yetirmək qərarına gəlib. Erməni xalqının, dövlətinin gələcəyini təhdid altında qoyan bu mərkəzlərin siyasi qulu olmaq, əmrlərə sözsüz itaət etmək qarşılığında mükafat olaraq Nikol Paşinyan hökuməti məğlub olmuş, darmadağın edilmiş ordusunu yenidən silahlandırmaq imkanı qazanır. Əslində Paşinyanın isterikası özünü onun qeyri-adekvat davranışlarında da büruzə verir. Saqqalını qırxması, güc strukturlarının rəhbərlərini bir mesajla işdən çıxarması, məmurların xidməti maşınlarını əllərindən alması, siyasi rəqiblərinə qarşı amansız repressiyası... Bütün bu addımlar son illərdə Paşinyanın reytinqinin həddindən artıq aşağı düşməsi və iqtidarına təhlükə yaranması ilə əsaslandırılır. Paşinyan hökuməti bu vəziyyətdən çıxış yolunu sərhəddə təxribatlara əl ataraq Azərbaycan üzərində kiçik də olsa qələbə qazanmaqda görür. Ancaq bu təşəbbüslərə cavab olaraq, Bakının adekvat addımlarının Ermənistan üçün hansı nəticələr doğurduğu təcrübəsi heç də uzaq olmayan yaxın keçmişdə dəfələrlə müşahidə edilib.

Ermənistana ötürülən silahlar

Paşinyanın çarəsizliyini bölgədə məkrli niyyətlərini həyata keçirmək üçün fürsətə çevirmək planları quran Makron Fransasının Cənubi Qafqazda yeni müharibə istəyi heç kimə sirr deyil. Bunun ən yaxşı yolunu isə Paris Ermənistana öldürücü müasir silahlar verməkdə görür. Son məlumatlara görə, Yunanıstan Ermənistana Rusiya istehsalı olan "S-300" zenit-raket kompleksləri, habelə quru qoşunları üçün nəzərdə tutulan "TOR-M1" və "OSA" zenit kompleksləri göndərəcək. Burada ad Yunanıstan olsa da, planın Makrona aid olduğu aşkardır. Çünki silahlar bir qədər əvvəl Ermənistan ordusuna silah-sursat veriləcəyini bəyan edən Fransa ilə əməkdaşlıq çərçivəsində tədarük ediləcək. İrəvanın Paris vasitəsilə əldə etdiyi, milli maraqlarımıza təhdid yaradan hərbi sursatlar bununla da yekunlaşmır. Bu ilin iyununda Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı iki ölkə arasında "CAESAR" özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalanmışdı. Bu siyahıya "Ground Master" radarları və gecəgörmə cihazları, üç ədəd GM200 radar sistemi, 50 ədəd "Bastion" tipli zirehli texnika, "Mistral" qısamənzilli hava hücumundan müdafiə sistemləri də daxildir. İrəvanın silahlanmaq üçün üz tutduğu digər bir istiqamət isə Hindistandır. Bu ölkə ilə hərbi əməkdaşlığın dəyərinin artıq 600 milyon dollara çatdığı bildirilir.

Cənubi Qafqazı alov topuna çevirmək istəyirlər

Əslində Qərbin Cənubi Qafqazı yenidən alov topuna döndərmək planları həm də onun beynəlxalq səviyyədə ciddi uğursuzluqlara məruz qalmasının nəticəsi kimi dəyərləndirilə bilər. Söhbət onların Ukraynada üç ildən artıqdır davam edən qanlı müharibədə istədiklərini əldə edə bilməmələrindən gedir. ABŞ-də Donald Trampın yenidən prezident seçilməsi isə Makron Fransası və onun Avropadakı əlaltılarını ciddi təşvişə salıb. Çünki yanvarın 20-dən sonra Avropanın Ukrayna cəbhəsində Rusiya qarşısında tək qalacağı ehtimalı böyükdür. Bu ssenari çərçivəsində "qoca qitə"nin sahib olduğu indiki imkanlar onun ağır məğlubiyyətinin qaçılmaz olacağı ehtimalını gücləndirir. Çıxış yolunu Kreml üçün mühüm əhəmiyyət daşıyan digər bölgələrdə yeni müharibə ocaqları yaratmaqla görürlər. Bu siyasətin əsas halqalarından biri də, təəssüf ki, Cənubi Qafqazdır. Daha doğrusu, Azərbaycan və Gürcüstanda istədiyini əldə edə bilməyən Qərbin əsas dayaq nöqtəsi olan Ermənistan bu planı can-başla yerinə yetirmək arzusunu ortaya qoyur.

İrəvanın müharibə planı

Hərbi cəhətdən müasir və öldürücü silahların təhvil verilməsi, mülki missiya adı altında Azərbaycanın sərhəddəki mövqelərini müşahidə edərək kəşfiyyat məlumatlarının toplanılıb Ermənistana təqdim edilməsi, qısa müddətdə darmadağın edilmiş erməni ordusunun şəxsi heyətinin müxtəlif təlimlər və kuratorlar vasitəsi ilə yenidən formalaşdırılması - bütün bunlar İrəvanın əslində sülhə yox, məhz müharibəyə hazırlaşdığından xəbər verir.

"Hələ ki, gec deyil"

Qeyd olunanların yekunu olaraq, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi qələbəmizin simvoluna çevrilmiş Zəfər parkının açılış mərasimindəki çıxışında İrəvana xəbərdarlığını xatırlatmaq kifayətdir. Dövlət başçısı bildirib ki, mövcud vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər: "Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar".

Bəli, İrəvanın hələ də ədalətli sülh üçün vaxt və imkanı var. Əks təqdirdə olacaqlar və nəticələr məlumdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Noyabr 2024 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri