Icma.az
close
up
RU
Sülh təşviqatçısı Qurudev Şri Şri Ravi Şankar Bakıya səfər edib

Sülh təşviqatçısı Qurudev Şri Şri Ravi Şankar Bakıya səfər edib

Icma.az, 525.az saytına istinadən bildirir.

Dünyaca tanınmış mənəvi lider, humanitar fəaliyyətçi və The Art of Living Foundation təşkilatının qurucusu Qurudev Şri Şri Ravi Şankar Bakıya səfər edib və şəhərdə keçirilən xüsusi ictimai tədbirdə geniş auditoriya qarşısında çıxış edib.

525.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, müxtəlif təşkilatların nümayəndələri, mənəviyyat, şəxsi rifah və daxili rahatlıq mövzularına maraq göstərən vətəndaşlar iştirak ediblər. 

Qurudev çıxışı zamanı psixi sağlamlığın, insani dəyərlərin, harmoniyanın və dialoq ilə qarşılıqlı anlaşma vasitəsilə sülhün təşviq edilməsinin əhəmiyyətindən danışıb. O, daxili sülhün və ümumi rifahın insan həyatını dəyişdirmək gücünə malik olduğunu vurğulayıb. Həmçinin Bakıda “Art of Living Centre” və “Sri Sri Wellbeing Centre” mərkəzlərinin açılışını alqışlayaraq bildirib ki, bu mərkəzlər sağlam və balanslı həyat tərzini dəstəkləmək məqsədilə yoqa, ayurveda, osteopatiya və meditasiya proqramları təqdim edəcək.

“Artıq Azərbaycanda ayurveda sağlamlıq klinikamız fəaliyyət göstərir və mən hər kəsin gülümsədiyini, xoşbəxt olduğunu görmək istəyirəm. Azərbaycan gözəl ölkədir və birlikdə onu dünyanın ən xoşbəxt məkanlarından birinə çevirə bilərik”, - Qurudev bildirib.

O, cəmiyyətdə harmoniyanın yaradılmasında kollektiv məsuliyyətin və daxili sülhün rolunu da xüsusi qeyd edib.

“Hər birinizin mühüm rolu var. İnsanlar hər gün meditasiya etsələr, sülh təkcə bu ölkədə deyil, bütün dünyada yayılacaq”, – o vurğulayıb.

Tədbir zamanı Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar özünün “Nalanda: How it Changed the World”  kitabını Qurudevə təqdim edib. Kitaba istinad edən Qurudev Nalanda Universitetinin tarixi irsindən də bəhs edib. Bildirib ki, Nalanda dünyanın ilk universiteti olub.
Səfir Abhay Kumar Qurudevin Bakıya səfərini yüksək qiymətləndirərək Hindistan və Azərbaycan arasında əsrlərə söykənən sivilizasiya əlaqələrini vurğulayıb.

“Mən Qurudevə təşəkkür edirəm ki, Azərbaycana gələrək bu gözəl torpağı öz iştirakı ilə şərəfləndirib. Hesab olunur ki, Azərbaycan adı “Azər Bhaqavan” ifadəsindən yaranıb. Sasani dövründə Bakı “Baqhavan” kimi tanınırdı. Şəhər, həmçinin “Qərbi Kaşi” adlandırılırdı və Multandan çoxlu insanlar burada kremasiya mərasimləri keçirmək üçün gəlirdilər”, – səfir Kumar bildirib.

“Bu müqəddəs torpaqda sizin iştirakınız həqiqətən xeyirli bir hadisədir və ümid edirəm ki, bu, hər birinizə və hamımıza yeni müsbət enerji, ruh yüksəkliyi və sevinc gətirəcək”, - o əlavə edib.

Tədbir iştirakçıları Qurudevlə ünsiyyət qurmaq və stressiz, zorakılıqsız cəmiyyətin qurulması ilə bağlı fikirlərini dinləmək imkanı əldə ediblər. Bu tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, rifahın, harmoniyanın və qarşılıqlı anlaşmanın təşviqi üçün mühüm platformaya çevrilib.
“İnsanlar öyrənmək, xidmət etmək və qarşılıqlı hörmət ruhunda bir araya gəldikdə, onlar yalnız ayrı-ayrı fərdlərə deyil, bütövlükdə cəmiyyətə fayda verən müsbət enerji yaradırlar”, - deyə Qurudev bildirib.

Qurudev Şri Şri Ravi Şankar dünyada geniş hörmət qazanan humanitar xadim və sülh təşviqatçısıdır. Onun təhsil, münaqişələrin həlli və icmaların inkişafı sahələrində həyata keçirdiyi təşəbbüslər The Art of Living Foundation vasitəsilə dünyanın müxtəlif ölkələrində milyonlarla insanın həyatına müsbət təsir göstərib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyun 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri