Icma.az
close
up
RU
Sülh üçün yeni imkanlar

Sülh üçün yeni imkanlar

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov amerikalı politoloq Qlen Hovarda müsahibəsində Azərbaycanın postmüharibə dövründə sülhyaratma prosesi ilə bağlı aydın baxışlarına və tutduğu qətiyyətli mövqeyə diqqət çəkib. “Eyes on Eurasia” podkastında amerikalı politoloq Qlen Hovardın qonağı olan Elçin Əmirbəyov, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri barədə danışıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi olan E.Əmirbəyov iki ölkə arasında sülh sazişi ilə bağlı aparılan danışıqlarda iştirak edir. O, müsahibəsində danışıqlar prosesindəki son inkişaflara ətraflı şərh verib.

Sülh prosesində inamyaradıcı addımlar

Uzunmüddətli münaqişə regionda sabitliyə, təhlükəsizliyə ciddi təhdidlər yaradıb. Yeni reallıqlar şəraitində isə davamlı sülhün təmin edilməsi üçün əlverişli zəmin formalaşıb və bu fürsətdən istifadə olunmalıdır. Hər şeyi etmək lazımdır ki, Cənubi Qafqaz müharibə və qarşıdurmalar səhnəsi deyil, barışıq, sülh və əməkdaşlıq çoğrafiyası olsun. Bu baxımdan son vaxtlar Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində müəyyən müsbət dinamikanın müşahidə edilməsi nikbinlik üçün əsas yaradır. Qeyd edək ki, iki ölkə arasında imzalanması nəzərdə tutulan sülh sazişinin müddəalarının böyük hissəsi razılaşdırılıb, digər bəndlər üzrə də danışıqlar davam etdirilir. Artıq  iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya olunması prosesinə start verilib. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb.

Bu müsbət dinamikanı saxlamaq və daha da inkişaf etdirmək lazımdır. Podkastda qeyd edilib ki, son aylarda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm inam yaradıcı addımlar atılıb. Prezident İlham Əliyev danışıqların real nəticələr verdiyini vurğulayıb. Bildirildiyi kimi, bu addımlar Cənubi Qafqazda uzunmüddətli sabitlik və sülh üçün yeni perspektivlər açır. Qlen Hovard qeyd edir ki, hər iki ölkə regionda qarşılıqlı faydalı əməkdaşlıq üçün ciddi addımlar atmağa çalışır. E. Əmirbəyovun çıxışında qeyd olunur ki, əsas prioritet məsələlərdən biri ərazi bütövlüyünün qarşılıqlı tanınması və uzunmüddətli sülhün təmin edilməsidir. O vurğulayıb ki, hər iki tərəfin səyləri Cənubi Qafqazda iqtisadi inteqrasiyanı gücləndirə və regional sabitliyi möhkəmləndirə bilər.

Azərbaycanın konstruktiv mövqeyi

Azərbaycan müharibənin qalib tərəfi olmasına rəğmən, heç bir ilkin şərt irəli sürmədən müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Tənzimləmə prosesində sülh təşəbbüslərini ilk olaraq məhz qalib Azərbaycanın irəli sürməsi bunun əyani təsdiqidir.

Podkastda Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq üçün uzun bir yol qət etdiyi vurğulanıb. E.Əmirbəyov bu prosesin tarixi aspektlərinə də toxunub və Azərbaycanın münaqişənin həlli üçün konstruktiv mövqe sərgilədiyini qeyd edib. O bildirib ki, Azərbaycan tərəfi prosesin müsbət nəticələnməsi üçün beynəlxalq ictimaiyyətin obyektiv dəstəyinə ümid edir.

ABŞ-nin prosesdə rolu

Böyük güc mərkəzi olaraq ABŞ Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə müsbət təsir göstərə bilər. Xüsusilə də bu ölkədə noyabrın əvvəlində baş tutmuş prezident seçkilərindən sonra gələn ilin yanvarından fəaliyyətə başlayacaq Tramp administrasiyasının məsələyə daha həssas yanaşaçağına böyük ümidlər var.

Elçin Əmirbəyov ABŞ-nin yeni administrasiyasının gələcəkdə bu prosesdə hansı rolu oynaya biləcəyini də şərh edib. Podkastda qeyd edilib ki, Prezident Trampın Prezident İlham Əliyevlə telefon danışığı regionun strateji əhəmiyyətinə diqqəti bir daha artırıb. Azərbaycan Xəzər regionunda mühüm rol oynayır və bu rolun yeni administrasiya tərəfindən dəstəklənməsi gözlənilir.

Bütün region üçün vacib məsələ

Otuz il ərzində Ermənistanın işğalşılıq siyasətindən yalnız Azərbaycan əziyyət çəkməyib. İşğal və müharibənin mənfi nəticələri bütün Cənubi Qafqaz coğrafiyasında hiss olunub.

O cümlədən Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsi də regionun bütün dövlətlərinin mənafeyinə uyğundur. Podkastda sonda qeyd edilib ki, Azərbaycan-Ermənistan sülh sazişi yalnız iki ölkənin deyil, bütün regionun gələcək inkişafı üçün həlledici əhəmiyyət daşıyır. Danışıqların yekunlaşması üçün tərəflərin səyləri davam edir və bu prosesin nəticələri diqqətlə izlənilir.

Bütövlükdə, bəhs olunan müsahibə Azərbaycanın sülh prosesi ilə bağlı mövqeyini daha aydın göstərməklə yanaşı, Cənubi Qafqazın gələcəyi üçün nikbinlik yaradır.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see279

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see272

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see268

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see267

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see263

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see258

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see256

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see256

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see252

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see248

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see245

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see244

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see234

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see232

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see224

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see204

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see202

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see192

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see190

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri