Icma.az
close
up
RU
Sülh ümidlərinin SONU Müharibə dağıdıcı mərhələyə QƏDƏM QOYDU QORXUNC SSENARİ

Sülh ümidlərinin SONU Müharibə dağıdıcı mərhələyə QƏDƏM QOYDU QORXUNC SSENARİ

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi Rusiya ilk dəfə Ukraynanın Hava Hücumundan Müdafiə (HHM) sistemini yararaq, Nzirlər Kabinetinin binasını vurmağı bacarıb.
Belə ki, sentyabrın 7-nə keçən gecə Rusiyanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində Kiyevdə hökumət binasında-Nazirlər Kabinetində yanğın baş verib. Paytaxt meri Vitali Kliçkonun məlumatına görə, şəhərin Svyatoşinski və Darnitski rayonlarında evlərə ziyan dəyib. İlkin məlumata görə, biri uşaq olmaqla azı iki nəfər ölüb.
Hökumət binasının vurulması Ukraynanın vacib obyektləri əsaslı şəkildə qorumaq üçün lazım olan müdafiə sistemlərinə malik olmadığını göstərdi. Bu isə Kiyevə edilən hərbi yardımların azalmasının nəticəsidir.
 

Məlum olduğu kimi, Tramp administrasiyası Ukraynaya hərbi yardımları minimuma endirib. Onun etdiyi yardımlar da əvvəlki adminstrasiya dövründə bağlanan müqavilələrdən irəli gələn yardımlardır.


Proses həmçinin Kiyevlə danışıqlardan qaçan Rusiyanın təzyiqi artırmaq yolunu tutduğunu göstərir. Belə vəziyyətdə isə müqavimət göstərməkdə davam etsə də, Ukraynanın durumu daha da ağırlaşır.
Sülh ehtimalının üzərindən birdəfəlik xətt çəkilir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, sülh ehtimalı hazırda minimuma enib.
Ekspertin sözlərinə görə, Rusiya ordusunun Kiyevin hava hücumundan müdafiə sistemini yararaq hökumət binalarını vurması savaşda təhlükəli eskalasiyadır:
“Bu hadisə daha çox Ukraynanın dəstək çatışmazlığından qaynaqlanır, nəinki Rusiyanın mütləq üstünlüyündən. Yardımların azalması Kiyevi çətin duruma salır, amma bu hələ Ukraynanın müqavimət iradəsini sındırmır.
Həmsöhbətimiz düşünür ki, yaranmış vəziyyətdə sülh ehtimalı daha da zəifləyir:
“Moskva hərbi təzyiqlə siyasi güzəştlər qoparmağa çalışır. Kiyev isə ərazi bütövlüyündən geri çəkilməyəcəyini bəyan edir. Bu səbəbdən masaya dönüş real görünmür. Qərbdə siyasi gündəmlərin dəyişməsi Ukraynanın lehinə olan prosesi zəiflədir. Ancaq Qərb tamamilə geri çəkilsə belə, Ukrayna öz müqavimətini davam etdirməyə məcburdur. Rusiya da ağır itkilər verir və bu müharibənin uzanmasına səbəb olur.
Müharibə nə qədər çox uzansa, regionda sabitlik bir o qədər risk altına düşür. Ukraynanın davamlı mübarizəsi isə göstərir ki, proses hələ yekun mərhələyə yaxın deyil”.
Tərəflər uzunmüddətli müharibəyə sürüklənir.
Politoloq qeyd edir ki, sülh ehtimalı minimuma ensə də, bu, Rusiyanın hər şeyi qəti qələbə ilə həll edəcəyi anlamına gəlmir:
“Reallıq odur ki, hər iki tərəf uzunmüddətli və dağıdıcı müharibəyə doğru sürüklənir”.
Rüfət Sultan, Bizim.Media  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Sentyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri