Icma.az
close
up
RU
Sülh ya təcrid: Ermənistanın qarşısındakı strateji seçim

Sülh ya təcrid: Ermənistanın qarşısındakı strateji seçim

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması baxımından dönüş nöqtəsi hesab olunur. Bunun ardınca Azərbaycan–ABŞ–Ermənistan arasında qəbul edilən üçtərəfli birgə bəyanamə yekun sülh müqaviləsinin imzalanması üçün əsas çərçivələri müəyyən edib. Sənəddə 3 əsas şərt var idi və onlardan biri — ATƏT Minsk qrupunun ləğvi faktiki olaraq artıq həllini tapıb.

Hazırda prosesin taleyini müəyyən edən iki məsələ qalır və həmin məsələlərin həlli ilə bağlı tərəflər arasında ümumi razılıq var.

Birincisi, Zəngəzur dəhlizinin açılması, ikincisi, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması.
Bu iki şərtin yerinə yetirilməsi sülh sazişinin imzalanmasını texniki formalığa çevirəcək. Bu, həm Bakı, həm də İrəvan tərəfindən müxtəlif səviyyələrdə təsdiqlənib.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, regionda yeni siyasi mərhələ başlayıb və paraflanmanın qısa müddətdə əldə olunması tərəflərin yüksək siyasi iradəsinin nəticəsidir.

Nikol Paşinyanın “faktiki sülh artıq mövcuddur” fikri isə Ermənistan rəhbərliyinin ilk dəfə açıq şəkildə postmünaqişə reallığını qəbul etməsidir.
Bu, iki mühüm məqamı onu deməyə əsas verir ki, İrəvan ilk dəfə olaraq Qarabağ məsələsinin bağlandığını siyasi təbliğat dilinə gətirir; Ermənistan daxilindəki revanşist dairələrin təsiri azalmağa başlayır, lakin tam aradan qalxmayıb.

Bakının “müharibə bitib” mesajı və strategiyası

Prezidentin köməkçisi Hikmət Hacıyevin erməni ekspertləri ilə görüşü Bakının kommunikasiya strategiyasının dəyişdiyini göstərir. Bakı Ermənistan cəmiyyətinə sistemli mesajlar ötürür ki, Azərbaycan Ermənistanın ərazisinə iddia etmir, müharibə bitib və Bakı uzunmüddətli sülhün tərəfdarıdır. Əsas maneə yalnız Ermənistan Konstitusiyasındakı ərazi iddialarıdır.
Bu yanaşma beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirir:
Konstitusiya iddiaları qalarsa, sülhə qarşı çıxan tərəf Ermənistan olacaq.
Ermənistan Konstitusiyası və sülh prosesinin açar nöqtəsi
Ermənistan hələ də Konstitusiyada “Qarabağ”a dair iddiaları qoruyur. Bu, sülhün hüquqi baxımdan imkansız olmasının əsas səbəbidir.

İrəvanın dəyişiklikləri 2026-cı ilin ikinci yarısına saxlaması isə siyasi qeyri-müəyyənlik yaradır.
Ədliyyə naziri Srbuhi Qalyanın açıqlamalarına görə, Konstitusiyanın yeni mətni 2026-cı ilin martına qədər hazırlanmalıdır, referendum isə ən yaxşı halda növbəti ilin ikinci yarısında olacaq. Bu isə sülh sazişinin imzalanmasını təxminən bir ildən çox müddətə uzadır.
Əgər Konstitusiya dəyişiklikləri təxirə salınsa və ya imitasiya xarakteri daşısa, Ermənistan üçün risklər yaradır. Belə ki, İrəvanın regionda təcridi davam edir və regional layihələrə reinteqrasiya prosesi gecikir ki, bu da Ermənistan iqtisadiyyatına öz mənfi təsirini göstərməkdə davam edəcək. Digər tərəfdən sülh sazişinin uzanması bölgədə bəzi qüvvələrin gərginlik yaratmaq cəhdlərinə xidmət edir.

Ermənistanın Qərblə yaxınlaşma strategiyası zərbə ala bilər, çünki Qərb üçün əsas indikator “sülh sazişi + Konstitusiya düzəlişi”dir.
Ən mühüm risk isə Ermənistan sülh imkanı pəncərəsini itirə bilər.

Paşinyan 2026-cı ili gözləyir — Rusiya faktoru əsas risk kimi qalır

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması üçün tələb olunan Konstitusiya dəyişikliklərini 2026-cı il parlament seçkilərindən sonraya saxlayıb. İrəvan bu addımı texniki deyil, siyasi səbəblərlə izah edir.
Məlumata görə, Paşinyan əvvəlcə seçkilərdə hakimiyyətini yenidən təsdiqləmək, daha sonra isə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının Konstitusiyadan çıxarılması barədə referendumu keçirmək niyyətindədir.
Ekspertlərin fikrincə, hökumət bu qərarı Ermənistanda mümkün daxili narazılıqları və radikal qüvvələrin reaksiyasını nəzərə alaraq verir.

Bununla yanaşı, Paşinyan hökuməti ən böyük risk faktorunun Rusiya olduğunu gizlətmir. İrəvan ehtiyat edir ki, Konstitusiya dəyişiklikləri seçkilərdən əvvəl gündəmə gətirilsə, Moskva daxili siyasi proseslərə müdaxilə edə, revanşist qüvvələri gücləndirə və hökumətə qarşı təzyiq mexanizmlərini aktivləşdirə bilər.
Bu səbəbdən Konstitusiya islahatları üçün referendumun keçirilməsi parlament seçkilərindən sonraya planlaşdırılır.

Azərbaycanın üstün geosiyasi mövqeyi

Azərbaycan həm siyasi, həm hərbi, həm də diplomatik baxımdan üstün vəziyyətdədir:
•    Postmüharibə dövrünün reallığı tam şəkildə formalaşıb.
•    Bakı ABŞ və Avropa ilə dialoqun fəal iştirakçısıdır.
•    Türkiyə ilə strateji ittifaq regionda balansı müəyyən edir.
•    Azərbaycan regional layihələrin əsas mərkəzidir (Orta Dəhliz, enerji marşrutları, nəqliyyat layihələri və s.).

Bu üstünlüklər Bakının mövqeyini daha güclü edir və sülh prosesində əsas təzyiq nöqtələrini öz əlində saxlayır.

Əgər Ermənistan Konstitusiyada dəyişiklikləri edib 2026-cı ildə sülh sazişi imzalayarsa: regionda real təhlükəsizlik mühiti yaranar; Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələ başlanar; Cənubi Qafqazda münaqişəsiz geosiyasi model formalaşar.

Nəticə etibarilə regionda dayanıqlı sülhün açarı İrəvanın Konstitusiya islahatlarıdır. Bakı artıq öz üzərinə düşəni yerinə yetirərək dəfələrlə bəyan edib ki, Azərbaycanın heç bir dövlətə ərazi iddiası yoxdur.

Ermənistan cəmiyyəti reallığı qəbul edib düzgün siyasi qərar verərsə, Cənubi Qafqazda uzunmüddətli sülhə real imkan yaranacaq. Əks halda, prosesin uzadılması ilk növbədə Ermənistanın özünə ağır geosiyasi və iqtisadi nəticələr vəd edir.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Noyabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri