Icma.az
close
up
RU
Sülhə çağıran qərblilərə mesaj: Bakı iki şərtini təkrarladı, top Ermənistan tərəfdədir

Sülhə çağıran qərblilərə mesaj: Bakı iki şərtini təkrarladı, top Ermənistan tərəfdədir

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mərkəz rəhbəri: “Tez-tələsik sülh sazişinə imza atılmasına çağırış əsas iki amillə bağlıdır”

Aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında Ermənistanla sülh sazişi məsələsinə toxunub. Ölkə başçısı xatırladıb ki, bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir: “Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. İkinci məsələ Ermənistanın Konstitusiyası ilə bağlıdır. Ermənistan Konstitusiyasında Ermənistan “Müstəqillik aktı”na istinad var. O Konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan Konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir”.

“Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”, - Prezident Bakının tələbini təkrarlayıb.

Qeyd edək ki, Almaniya Prezidenti tərəflərə sülhlə bağlı çağırış edib. Bildirib ki, “Almaniya hökumətinin son illərdəki siyasətinə nəzər salsanız, regiona çox balanslı münasibət görə bilərsiniz. Həssas məsələlərə xüsusi yanaşma var: "Biz beynəlxalq hüquq normalarına uyğun olaraq məsələlərə münasibətimizi bildirmişik. Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu bilirik və tanıyırıq".

“Bu sülh prosesinin çox böyük əhəmiyyəti var. Mən kənardan bunu müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu, bizi çox mütəəssir edir. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfi bu münasibətlə təbrik edirəm ki, artıq anlaşma yaranıb. Martın 13-də bu sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bu müqavilə haqqında mən bu gün səhər danışanda cənab Prezidentə dedim, ümid edirəm ki, bu anlaşma ilə önəmli bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümid edirəm ki, bu vəziyyət saxlanacaq və bundan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid edirəm və buna çağırıram ki, bu anı itirməmək lazımdır. Bütün çətinliklərə, maneələrə baxmayaraq, bu yol gedilib, xeyli addım atılıb və bunu sona qədər getmək lazımdır. Buna görə təbii olaraq, kompromislər üçün cəsarət, siyasi iradə lazımdır ki, bu siyasi müqavilə həqiqətən də həyata keçirilsin və qüvvəyə minsin. Ümid edirəm ki, bu alınacaq və biz də buna uzaqdan bacardığımız qədər, necə mümkündürsə, dəstəyimizi verəcəyik”.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Avropanın digər liderləri kimi, Almaniya Prezidenti də tələsik sülh sazişinə çağırış edib:

- Ştaynmayer də xatırlatdı ki, sülh sazişi tezliklə imzalansa, yaxşıdır. Bundan əvvəl də Avropa liderləri tərəfindən belə çağırışlar olub. Amma Azərbaycan lideri sülhün şərtini Almaniya Prezidenti ilə mətbuata bəyanatında bir daha xatırlatdı.

Hesab edirəm ki, tələsik şəkildə sülhə çağırış Ermənistanın mövqeyinə yaxınlıqdır. Bu, iki amillə bağlıdır: birincisi, gələcək parlament seçkilərində Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasının qalib gələcəyinə tam təminat yoxdur. Gümrüdəki seçkilər göstərdi ki, Paşinyan yeni müxalifətlə - kommunistlərlə üz-üzədir. Biz ənənəvi erməni müxalifətini – Köçəryan və Sarkisyanın başçılıq etdiyi müxalifətitanıyırıq. Gümrüdə mer seçkilərində kommunistlər qutudan ikinci partiya kimi çıxdı. İndi o qüvvələr çalışacaqlar ki, bu uğurlarını Ermənistanın tamamında təkrar etsinlər. Yəni ki, Paşinyanın mövqeləri zəifləyib və Qərbdə bunu görürlər. Ona görə də fikirləşirlər ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə tez-tələsik sülh sazişi imzalansın.

İkincisi, Rusiya-Ukrayna müharibəsindəki yeni yanaşmalardır. Qərbdə hesab edirlər ki, yaxın müddətdə atəşkəs olarsa, hərçənd ki, bu ehtimal böyükdür, o zaman müharibə dayanacaq və Rusiyanın diqqəti digər ərazilərə yönələcək. Moskvanın diqqətinin yönələcəyi istiqamətlərdən biri də məhz Ermənistandır. Qərb isə bunu istəmir. Qərbdəki qüvvələr, Paşinyanın hakimiyyətdə qalmasında maraqlı olanlar hesab edirlər ki, Rusiyanın diqqətinin Ermənistana artması ilə Paşinyan devrilə bilər. Ona görə də, hesab edirəm ki, tez-tələsik sülhə imza atılmasına çağırış bu iki amillə bağlıdır.

- Amma Azərbaycanın iki əsas şərti yerinə yetirilməyib və Prezident İlham Əliyev bunu xatırlatdı...

- Bəli, Prezidentimiz sözünü dedi, tez-tələsik sülh sazişinin imzalanmasını istəyənlərə mesajını vermiş oldu. Paşinyanın hiyləsinə baxın: elə ki, Bakı və İrəvan sülh sazişi mətninin 17 bəndinin hamısını razılaşdırıldığını açıqladı, dərhal Paşinyan dünya ölkələri liderlərinə zənglər etməyə başladı. Rusiya, İran, Fransa, Almaniya liderlərinə, ABŞ dövlət katibinə zəng edib dedi ki, “sülh sazişinin mətni razılaşdırılıb”. Paşinyanın burada məqsədi o idi ki, artıq məsələlərin bitdiyini, İrəvanın hər an sülhə hazır olduğunu göstərmək idi. Amma Azərbaycan lideri məsələnin heç də elə olmadığını xatırlatdı. İlham Əliyev Ştaynmayer vasitəsilə Avropaya mesaj göndərdi ki, düzdür, sülh sazişinin mətni razılaşdırılıb, amma iki əsas şərtimiz yerinə yetirilməyib, gündəmdədir və bunların yerinə yetirilməməsi sülh sazişinin imzalanmasına hələlik zəmin yaranmadığını göstərir.

- Sülhə çağırış edən Qərb dairələri niyə Ermənistana bu şərtləri yerinə yetirmək çağırışı etmirlər...

- Maraqlı məsələ də elə odur ki, bu çağırışı etmirlər, təzyiq göstərmirlər. Sülh istəyində səmimidirlərsə, o zaman Paşinyandan siyasi iradə ortaya qoymaq tələb etməlidirlər. Özü də ki, Bakının bu iki şərti elə də ağır şərtlər deyil. Paşinyanın özü də etiraf edib ki, ATƏT-in Minsk Qrupu yararsız qurumdur. Yararsızdırsa, o zaman niyə bundan İrəvan imtina etmir?! Paşinyan deyə bilər ki, Ermənistan Konstitusiyasına dəyişiklik bir qədər ağır prosesdir, referendum keçirməyə vaxt lazımdır və s. Amma bu tələb Bakıdan bu gün yox, bir neçə il bundan əvvəl edilib və bu müddətdə Ermənistan addım ata bilərdi. İkincisi, Ermənistan Konstitusiyasında dəyişikliklə bağlı Azərbaycanın tələbini yerinə yetirməyin alternativ yolları da var. Biz demirik ki, Konstitusiya bütöv şəkildə dəyişdirilsin. Azərbaycana maraqlı olan odur ki, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarını özündə ehtiva edən bənd çıxarılsın. Bu bəndi çıxarmaq üçün referendumdan başqa da variant var. Məsələn, Ermənistan Parlamenti də bu bəndlə bağlı qərar verə bilər. Hesab edirəm ki, bu şərtlərlə bağlı tezliklə sülh sazişinin imzalanmasına çağırış edən qüvvələr İrəvana bu şərtləri yerinə yetirməyə çağırış etməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 Aprel 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri