Icma.az
close
up
RU
Sülhü “baltalayan” əllər: Biri Fransada, digəri ABŞ də

Sülhü “baltalayan” əllər: Biri Fransada, digəri ABŞ də

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Milli Assambleyasına Azərbaycandan Qarabağda ləğv olunmuş qondarma rejimin hazırda həbsdə olan liderlərini və hazırda Bakıda saxlanılan digər məhbusları azad etməyi tələb edən yeni qətnamə verib. 

Qətnamədə deyilir ki, erməni məhbuslar üzərində davam edən məhkəmə prosesləri “Azərbaycanın Ermənistanın varlığını məhv etmək üzrə daha geniş strategiyasının bir hissəsidir”. 

Qətnaməyə əsasən, bu siyasət həbsdən kənara çıxır və “Artsax”da erməni əhalisinin sistemli şəkildə “məhv” edilməsini, eləcə də Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni tarixi, mədəni və dini irsinin məhv edilməsini əhatə edir. 

Qətnamə, həmçinin Ermənistanın Azərbaycanla sülh səylərində iştirakını dəstəkləyir və Fransa ilə Ermənistan arasında strateji tərəfdaşlıq yaratmağa çağırır. Qeyd edək ki, Fransa hakimiyyət orqanları vaxtaşırı bu cür qətnamələr qəbul etməklə və digər siyasi addımlar atmaqla Azərbaycan-Ermənistan sülh prosesini pozmağa çalışıb. 

Azərbaycan və Ermənistan liderlərinin iyulun 10-da Əbu-Dabi şəhərində keçirilən görüşündən sonra Milli Assambleyaya təqdim olunan qətnamə daha çox siyasi təxribat məqsədi daşıyır. Hətta ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülhə nail olunduğu barədə iki dəfə açıqlama verməsindən sonra bu cür qətnamələrin gündəmə gəlməsi səbəbsiz deyil. 

Xüsusilə də ABŞ-nin təqdim etdiyi “yol xəritəsi” əsasında Zəngəzur dəhlizinin açılması barədə müzakirələrdən az sonra erməni lobbisinin Azərbaycana qarşı fəallaşması müşahidə olunur. Öncə ABŞ-də ermənipərəst mövqeyi ilə tanınan 78 konqresmen Prezident Trampa müraciət edərək erməniləri Qarabağa qaytarmağı tələb edir. Həmin təşəbbüsə imza atan Konqres üzvlərinin əksəriyyəti Demokratlar Partiyasının üzvü olan və Trampa qarşı müxalif mövqedən çıxış edən şəxslərdir. 

Yəni Trampın Azərbaycanla Ermənistan arasında sülh yaratmaq və kommunikasiyaları açmaq təklifinin qarşısını almaq istəyən qüvvələrin hərəkətə keçdiyini görmək olar. İyulun 24-də Nikol Paşinyanın Altaydakı ekoloji konfransa səfəri zamanı Rusiya tərəfinin Trampın planına etirazı haqqında sonradan ortaya çıxan məlumatlar Ermənistanın Zəngəzur dəhlizini ABŞ-yə icarəyə verməkdən imtina etməsinin səbəblərinə aydınlıq gətirdi. 

Bunun ardınca Fransa Milli Assambleyasına təqdim olunan qətnamənin də məqsədi sülh prosesini “baltalamağ”a yönəlib. Həm ABŞ konqresmenlərinin müraciətində, həm də Fransa Milli Assambleyasının qətnamə layihəsində üstü-üstə düşən bir məqam var. Hər iki sənəddəki çağırışlar Azərbaycan ərazisində erməni separatizminin bərpasına yönəlib. 

Yəni ABŞ-dəki və Fransadakı erməni lobbi dairələri münaqişənin yenidən bərpasında maraqlıdır. Lakin Azərbaycanda erməni separatizmi tamamilə məhv edilib və mövcud status-kvonu dəyişmək mümkün deyil. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın suverenliyi tamamilə bərpa olunub. 

Həmin ərazilərdə isə yalnız Azərbaycan vətəndaşlığını qəbul etmiş, Azərbaycan ərazilərinin işğalında, etnik təmizləmə və soyqırım cinayətlərində iştirak etməmiş erməni sakinlər yaşaya bilərlər. Lakin bundan öncə, 1988-1989-cu illərdə Ermənistandan zorla qovulmuş 250 min nəfər azərbaycanlı öz yurdlarına qayıtmalıdır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 İyul 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri