Icma.az
close
up
RU
Sülhün açarı Konstitusiyadadır: Ermənistan dəyişiklik etmədən barışa biləcəkmi?

Sülhün açarı Konstitusiyadadır: Ermənistan dəyişiklik etmədən barışa biləcəkmi?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “konstitusiya dəyişikliyi gündəmdə deyil” bəyanatı İrəvanın sülh prosesi ilə bağlı mövqeyində yenidən qeyri-müəyyənlik yaratdı.

Halbuki Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən müddəalar qalmaqdadır. Xüsusən də “Dağlıq Qarabağ Respublikası” ifadəsinin sənəddə yer alması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə açıq şəkildə ziddir.

Sülh sazişinin imzalanması üçün bu hüquqi uyğunsuzluğun aradan qaldırılması zəruridir. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Ermənistan real sülh istəyirsə, ilk növbədə öz konstitusiyasını müvafiq şəkildə dəyişməlidir. Əks halda, imzalanacaq istənilən sənədin hüquqi qüvvəsi və dayanıqlılığı sual altında qalacaq.

Ermənistan hökuməti bu addımı atmaqda tərəddüd edir, çünki daxildə revanşist dairələr və müxalifət qüvvələri Paşinyan hakimiyyətinə qarşı ciddi təzyiq göstərirlər. Bu qüvvələr üçün konstitusiyanın dəyişdirilməsi “tarixi güzəşt” kimi təqdim olunur və siyasi böhran riskini artırır. Lakin eyni zamanda Ermənistan beynəlxalq təzyiqlər və regional reallıqlar qarşısında bu məsələni sonsuzadək ertələyə bilməz.

Paşinyan hökuməti üçün bu, həm daxili siyasi risk, həm də diplomatik zərurətdir. Əgər İrəvan real sülh və sabitlik istəyirsə, beynəlxalq hüquqa uyğun davranmaq, ərazi iddialarını rəsmən ləğv etmək və konstitusiyanı dəyişmək məcburiyyətində qalacaq.

Bu addım yalnız Azərbaycanla deyil, bütövlükdə regionda davamlı sülhün və əməkdaşlığın bərpası üçün əsas şərtlərdən biridir.

Züriyə Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri