Sultan Hacıyev Keniyanın ətraf mühit, iqlim dəyişikliyi və meşə təsərrüfatı naziri ilə görüşüb FOTOLAR
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyevlə həmin dövlətin ətraf mühit, iqlim dəyişikliyi və meşə təsərrüfatı naziri Aden Duale arasında görüş keçirilib. SİA xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
S.Hacıyev Azərbaycan və Keniya arasında münasibətlərin dinamik inkişafından söhbət açaraq ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrində potensialları vurğulayıb.
Səfir ötən il Azərbaycanın ev sahibi olduğu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Keniyanın aktiv iştirakını vurğulayaraq qeyd edib ki, 2026-cı ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13), habelə Ümumdünya Ətraf Mühit Günü (WED2026) çərçivəsində Azərbaycan və Keniya arasında sıx işbirliyi qlobal əməkdaşlığa mühüm töhfə verə bilər.
Nazir Duale Keniya və Azərbaycan arasında mövcud əlaqələrin vəziyyətindən məmnunluğunu ifadə edib və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan maksimum bəhrələnmək üçün tərəflər arasında iradənin olduğunu qeyd edib.
O, Azərbaycanın COP29-a uğurla ev sahibliyi etdiyini vurğulayıb. Sessiya zamanı Azərbaycanın liderliyi ilə baş tutan müzakirələrdə Paris sazişinin vacib maddələrinin fəaliyyət mexanizmlərinin razılaşdırılmasını tarixi hadisə adlandırıb.
Nazir bildirib ki, Azərbaycanın COP-a uğurlu ev sahibliyinin nəticələrindən biri olan COP Sədrlikləri Üçlüyü formatının təsis edilməsi qlobal iqlim müzakirələrini növbəti səviyyəyə qaldıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 03 Mart 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















