Sumqayıt Dəmiryol Vağzalının qarşısında xaotik vəziyyətin qarşısı alınır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 21 noyabr, AZƏRTAC
Əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə Sumqayıt Dəmiryol Vağzalının qarşısında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, nəqliyyat mübadilə mərkəzində avtobusların maneəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi hərəkət zolaqları və sərnişinlərin təhlükəsiz minib-düşməsi üçün dayanacaq məntəqələri təşkil edilib.
Ərazidə nişanlanma işləri həyata keçirilib, müvafiq nişanlar quraşdırılıb.
Dəmir yolu vağzalının qarşısında minik avtomobillərinin xaotik parklanmasının qarşısının alınması üçün yeni parklanma yerləri yaradılıb.
Piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin mərhələdə delinatorlarla təchiz edilən piyada zonaları salınır.
Hazırda Sumqayıt Dəmiryol Vağzalında 5 marşrut xətti üzrə (5, 6, 10A, 22, 39 nömrəli) 40 avtobus fəaliyyət göstərir. Şəhərin müxtəlif ərazilərindən nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək əlavə marşrutların təşkili də nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:14
Bu xəbər 21 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















