Icma.az
close
up
RU
Sumqayıt şəhərində 595 kilometrlik magistral və paylayıcı su xətlərinin inşası nəzərdə tutulub

Sumqayıt şəhərində 595 kilometrlik magistral və paylayıcı su xətlərinin inşası nəzərdə tutulub

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Planı”na əsasən Sumqayıt şəhərinin və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq 595 kilometr uzunluğunda magistral və paylayıcı su xətlərinin, 460 kilometr uzunluğunda kanalizasiya kollektor və xətlərinin inşası nəzərdə tutulub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri, həmçinin bağ massivləri və istirahət mərkəzlərindən Xəzər dənizinə axıdılan tullantı suların qarşısını almaq məqsədilə 15,2 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektoru inşa edilib, dənizə birbaşa çıxışı olan kanalizasiya xətləri bu kollektora birləşdirilib, 2 ədəd kanalizasiya nasos stansiyası tikilib. Ekoloji mühitin yaxşılaşdırılması məqsədilə icra olunan bu layihə sutkada 40 min kubmetr tullantı suyunun Sumqayıt tullantı sutəmizləyici qurğusuna ötürülməsini təmin edib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə Sumqayıt şəhərində kanalizasiya və yağış sularının idarə olunması istiqamətində irihəcmli layihə həyata keçirilir. Məqsəd dayanıqlı, keyfiyyətli və fasiləsiz su ilə əhalini təmin etmək vətəndaşların məmnunluğuna yüksək səviyyədə nail olmaq.

Sumqayıt şəhərində əhalinin kanalizasiya və yağış sularının idarə olunması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən yenidənqurma işlərinə başlanılıb. İlkin olaraq, “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması həyata keçirilir. Həmçinin “Yaşıldərə” yaşayış massivi və 76-cı məhəllə ərazisində formalaşan tullantı sularının idarə olunması istiqamətində ilkin olaraq şəhərin bir çox küçələrində kanalizasiya kollektor və xətləri inşa edilir. Layihəyə uyğun olaraq İnşaatçılar, Səməd Vurğun, Pərviz Hüseynov, Kamran Hüseynov, Bakı küçələrində və Koroğlu prospektində təmir, yenidənqurma işləri intensiv olaraq davam etdirilir. Layihədə diametri 600, 1000, 1200, 1400 və 1600 millimetrlik dəmir-beton və eyni zamanda, diametri 300, 400, 500 millimetrlik “Koruge” borulardan istifadə edilir.

Sumqayıt Sukanal İdarəsinin rəisi Xalid Quliyev diqqətə çatdırıb ki, hazırda 622 metr uzunluğunda diametri 300 və 400 millimetr “Koruge” borularla xətlərin inşası başa çatıb, 19 ədəd quyu quraşdırılıb və eyni zamanda, Pərviz Hüseynov küçəsində diametr 1600 millimetrlik dəmir-beton boruların tikinti-quraşdırma işlərinə başlanılıb.

Məlumdur ki, əhali sayının artması ilə əlaqədar tullantı suların həcmi də artır. Bu səbəbdən sutkalıq məhsuldarlığı 100 min kubmetr olan Tullantı Sutəmizləyici Qurğular Kompleksində də əsaslı təmir və yenidənqurma işlərinə start verilib. İşlər çərçivəsində 3 ədəd mövcud aerotenk durulducunun dəmir-beton hissələrində əlavə gücləndirmə işləri aparılır. Aerotenk durulducunun içərisində dayaqların yenilənməsi, su novlarının, diffuzor boruların dəyişdirilməsi nəzərdə tutulub. Qurğulara giriş-çıxış xətləri yenilənib.

Bundan başqa, yeni nasosların alınıb quraşdırılması da nəzərdə tutulub. Əsaslı təmir işləri yekunlaşdıqdan sonra tullantı suları ən müasir texnologiyaya uyğun təmizlənərək Xəzər dənizinə ötürüləcək.

Qeyd edək ki, Sutəmizləyici Qurğular Kompleksi 2009-cu ilin noyabr ayında istifadəyə verilib. Qurğunun məhsuldarlığı sutkalıq 100 min kubmetr təşkil edir. Təmizləyici Qurğular Kompleksi məişət tullantı sularının və onlara tərkibcə yaxın olan sənaye tullantı sularının su hövzələrinə axıdılmadan öncə normativə uyğun mexaniki, bioloji və təkrar təmizlənməsi, eləcə də tərkibində olan patogen bakteriyalardan zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.

Təmizləyici Qurğular Kompleksi Sumqayıt şəhəri ilə yanaşı ətraf yaşayış məntəqələrində - Novxanı və Saray qəsəbələrində toplanan tullantı sularını təmizləmək üçün inşa olunub. Şəhərin Sukanal İdarəsinin əməkdaşları fasiləsiz iş rejimində fəaliyyət göstərir. Vətəndaşlar müraciətlərini quruma həm fərdi şəkildə, həm də elektron formada ünvanlaya bilirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri