“Sumqayıt” üç oyuna üç fərqli məşqçi ilə çıxır MARAQLI FAKT
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Sumqayıt” futbol klubu Misli Premyer Liqasının son turlarında keçirilən qarşılaşmalarda artıq iki məşqçisini itirib.
İdman.Biz-in əldə etdiyi məlumata görə, futbol üzrə ölkə çempionatının 13-cü turunda komandanın baş məşqçisi Saşa İliç qırmızı vərəqə alıb.
14-cü turda isə onun köməkçisi Veliçko Kaplanoviç meydandan kənarlaşdırılıb.
Beləliklə, qarşıdakı 15 turda komandaya meydanda üçüncü məşqçi - Şahin Abdullayev rəhbərlik edəcək.
O, “İmişli” ilə oyundan sonra mətbuat konfransına Kaplanoviçin əvəzinə çıxmışdı.
Xatırladaq ki, Saşa İliç dörd oyunluq, Kaplanoviç isə bir matçlıq cəzalandırılıb. Əgər növbəti görüşdə Abdullayev də qırmızı vərəqə alsa, 16 turda komandaya yenidən Kaplanoviç rəhbərlik edəcək.
Vüqar Vüqarlı
Baxış sayı:61
Bu xəbər 10 Dekabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















