Icma.az
close
up
RU
Sumqayıtda dayanacaq zəbt edilib, avtobuslar 2 ci zolaqda saxlamalı olur VİDEO

Sumqayıtda dayanacaq zəbt edilib, avtobuslar 2 ci zolaqda saxlamalı olur VİDEO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxt küçələrində qayda pozan sürücülər artıq bölgələrdə nəqliyyat vasitəsi idarə edənlərə də pis örnək olmağa başlayıb. Bu gün istər Gəncə, istər Bərdə, istərsə də digər şəhər və rayonlarda sürücülərin piyada keçidlərini, səkiləri özlərinin parklanma məntəqəsinə çevirmələri adiləşib.

Avtosfer.az xəbər verir ki, belə hallar Sumqayıt şəhərinin mərkəzi küçələrində də tez-tez rast gəlinən mənzərə halını alıb. Belə ki, şəhərin 20 Yanvar küçəsində, bazarın, “Karvan”  Ticarət Mərkəzinin ətrafında sürücülər maşınlarını harada gəldi saxlayıb alış-veriş edir, mal vurub mal boşaldır, dayanacaqları zəbt edir. Bunun da nəticəsində məhz 20 Yanvar küçəsində böyük xaos yaranır. Avtobuslar saxlamağa yer tapa bilmədikləri üçün 2-ci, hətta 3-cü cərgədə saxlayıb sərnişin mindirib-düşürməli olur.

Sakinlərdən biri saytımızın sosial şəbəkə hesabına göndərdiyi videoda aydın görünür ki, “Nissan” markalı 99-EH-015, “VAZ” markalı 90-BC-864 nömrəli maşınların sürücüləri yerdə və yolun kənarında dayanacaq işarəsi olduğu halda avtomobili park edib ərazidən uzaqlaşıblar. “VAZ” markalı 50-CT-936 nömrə nişanlı, “Hyundai” markalı 99-MX-280 nömrəli yük və “Prius” markalı nəqliyyat vasitəsi dayanacağa 15 metrdən az məsafədə maşını saxlayıb. Nəticədə şəhərdaxili hərəkət edən avtobuslar dayanacaqda yox bir neçə metr irəlidə saxlamalı olur.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin tələblərinə əsasən, yəni ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə tətbiq edilir.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 İyun 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see214

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see203

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see177

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see172

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see147

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see132

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri