Sumqayıtda sürücü sağ zolaqdakı maşını sıxışdırıb qəza şəraiti yaratdı VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Sumqayıt şəhəri, General Məhəmməd Əsədov küçəsində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 22-də saat 10:57 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, 99-LA-323 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, sağ zolağa keçmək istəyən sürücü həmin zolaqdakı maşını sıxışdıraraq qəza şəraiti yaradıb. Bir neçə cəhddən sonra o, sağ zolağa keçib.
Qeyd edək ki, Yol Hərəkəti Qaydalarına əsasən, manevr edən sürücü digər nəqliyyat vasitələrinin təhlükəsizliyinə əmin olmalıdır. Zolaq dəyişərkən digər avtomobili sıxışdırmaq və qəza vəziyyəti yaratmaq inzibati məsuliyyət yaradır. Bu cür davranışlar həm digər sürücülər üçün risk yaradır, həm də ümumi hərəkət təhlükəsizliyini pozur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 24 Oktyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















