Icma.az
close
up
RU
Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb FOTO

Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb FOTO

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Sumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

APA xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Vurğulanıb ki, ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq izləri, parlaq əməlləri görünməsin.

Ötən əsrin 70-80-ci illərində ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin başlatdığı islahatlar, inkişaf strategiyası nəticəsində Azərbaycanın bütün şəhərləri kimi Sumqayıt da dinamik inkişaf yoluna qədəm qoyub. Həmin dövrdə sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hiss ediblər. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Burda keçmiş Sovet İttifaqında metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin qabaqcıl müəssisələri yaradılıb, yeni mikrorayonlar, yaşayış məhəllələri salınıb. Müstəqillik dövründə də Heydər Əliyev Sumqayıta davamlı olaraq xüsusi diqqət və qayğı göstərmiş, çoxsaylı səfərləri zamanı sənaye müəssisələrinin açılışında iştirak edib. Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev düz 16 dəfə Sumqayıta səfər edib ki, bu da onun şəhərimizə olan xüsusi diqqət və qayğısının göstəricisidir.

Bu gün inkişafının yeni mərhələsini yaşayan Sumqayıtda sənaye parkının salınması, yeni ixracyönümlü müəssisələrin inşası, sosial layihələrin həyata keçirilməsi Heydər Əliyevin yürütdüyü iqtisadi və siyasi xəttin uğurları sırasındadır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi əvvəlki şöhrətini yenidən bərpa edib. Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları gerçəkləşir, ideyaları reallığa çevrilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri