Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Sumqayıtdakı “Premium Market” icra başçısının qardaşınındır? Fərəcov işçilərdən ayda 500 manatlıq alver tələb edir

Sumqayıtdakı “Premium Market” icra başçısının qardaşınındır? Fərəcov işçilərdən ayda 500 manatlıq alver tələb edir

Icma.az, Bakupost saytına istinadən bildirir.


Ötən ilin yayında Sumqayıt şəhərinin 10-cu mikrorayonunda binaların həyətində açılan və sakinlərin ciddi narazılığına səbəb olan, lakin buna baxmayaraq fəaliyyətinə davam edən qalmaqallı “Premium Market”lə bağlı yeni və maraqlı detallar üzə çıxıb. Qeyd edək ki, “Premium Market”in meyvə-tərəvəz satışı üçün nəzərdə tutulmuş bazar hissəsi binaların arasında, hətta bəzi binalara bitişik dəmir konstruksiyalar vasitəsilə inşa edilib. Sakinlərin bu tikintiyə etiraz etdikləri, lakin müxtəlif yollarla qorxudularaq səslərini kəsmələrinin tələb olunduğu bildirilir.

Bakupost.az xəbər verir ki, "AzerTaym.az"-ın elektron poçtuna daxil olan məlumata görə, Sumqayıt şəhərinin 10-cu mikrorayonunda ötən ilin iyun ayında açılmış “Premium Market”lə bağlı ciddi iddialar və maraqlı məlumatlar ortaya çıxır.

İddialara görə, market Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, sabiq deputat Nazim Fərəcova məxsusdur. Marketin yerləşdiyi hündürmərtəbəli binanın da Zakir Fərəcova aid olduğu, obyektin isə faktiki olaraq Nazim Fərəcov tərəfindən idarə edildiyi bildirilir.

Məlumata əsasən, “Premium Market”in açılış mərasimində icra başçısının birinci müavini və şəhərin demək olar ki, bütün idarə rəhbərləri iştirak ediblər. Bundan sonra isə İcra Hakimiyyəti və bələdiyyə strukturlarında çalışan əməkdaşlara gündəlik bazarlığı yalnız bu marketdən etmələri ilə bağlı göstəriş verildiyi iddia olunur.

Şahidlərin sözlərinə görə, əməkdaşlara xüsusi endirim kartları paylanıb və həmin kartlar vasitəsilə kimin nə qədər alış-veriş etdiyinə nəzarət edilir. Bildirilir ki, bu şəxslər ayda minimum 500 manatlıq alış-veriş etməyə məcbur ediliblər.

Digər ciddi iddia isə marketin yerləşdiyi binanın yanındakı piyada yolunun zəbt edilərək obyektə birləşdirilməsi ilə bağlıdır. Məlumata görə, sakinlər bu məsələ ilə bağlı müxtəlif qurumlara dəfələrlə şikayət etsələr də, heç bir tədbir görülməyib. Bundan başqa, binanın su anbarının üzərində meyvə-tərəvəz bazarının salındığı da vurğulanır.

“Premium Market”in Sumqayıtda meyvə-tərəvəzi ən ucuz satan marketlərdən biri olması da diqqət çəkir. Bu ucuzluğun səbəbi ilə bağlı isə daha ciddi iddialar səsləndirilir. Bildirilir ki, küçə ticarəti zamanı müsadirə olunan meyvə-tərəvəz məhsulları birbaşa həmin marketə daşınır və ucuz qiymətə satışa çıxarılır.

Marketdə çalışan şəxslərin sözlərinə görə, bəzi hallarda müxtəlif yeşiklərdə meyvələr qəfil gətirilir, sayılmadan və rəsmi uçota alınmadan birbaşa piştaxtalara düzülür. Hətta ötən həftə küçə ticarəti ilə məşğul olan bir şəxsin marketə gələrək qalmaqal yaratdığı, yeşiklərdəki məhsulun ona məxsus olduğunu iddia etdiyi deyilir. Şəxs yeşiklərin üzərində öz əl izləri və işarələrinin qaldığını bildirsə də, bunu sübut edə bilməyib və ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, son hadisələrdən sonra küçə ticarəti məhsullarının müsadirəsinin dayandırıldığı, bunun fonunda isə “Premium Market”də durğunluq yarandığı bildirilir. Mənbələr qeyd edir ki, hazırda qiymətlər də yüksəlib, çünki əvvəlki kimi müsadirə olunmuş məhsullar marketə gətirilmir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 Yanvar 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri