Icma.az
close
up
RU
Sumqayıtın 75 illik yubileyinə həsr olunan tədbir keçirilib

Sumqayıtın 75 illik yubileyinə həsr olunan tədbir keçirilib

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıtın 75 illik yubileyinə həsr olunan “Sumqayıtın inkişafında qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların nümayəndələri və bu şəhərdə məskunlaşan qərbi azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Qərbi Azərbaycan və Sumqayıta dair videoçarxlar nümayiş etdirilib.

Milli Məclisdə yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova açılış nitqi ilə çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında qərbi azərbaycanlılar tezliklə öz dədə-baba yurdlarına qayıdacaqlar.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli diqqətə çatdırıb ki, 1948-1953-cü illərdə qərbi azərbaycanlılar öz yurdlarından deportasiya olunanda onların ilk gəldikləri ünvanlardan biri də Sumqayıt şəhəri olub.

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov qərbi azərbaycanlıların Sumqayıtın inkişafındakı rolundan danışaraq fəaliyyətləri üçün gözəl şərait yaradıldığını söyləyib.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Nağıqızı, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, şair Əvəz Mahmud Lələdağ mövzu ilə bağlı çıxışlar ediblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, bu gün şəhərdə 70 mindən çox keçmiş məcburi köçkün və qərbi azərbaycanlı yaşayır. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində vətəndaşlar qısa müddətdə abadlaşdırılan torpaqlarında yaşayacaqlar.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Noyabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri