Icma.az
close
up
RU
Süni intellekt fizika elmində yeni səhifə açır

Süni intellekt fizika elmində yeni səhifə açır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alimlər tozlu (kompleks) plazmanın xaotik dinamikasını araşdıraraq müəyyən ediblər ki, düzgün təlim keçdikdə süni intellekt müstəqil şəkildə yeni fiziki hadisələr aşkar edə bilir. Fiziklər maşın öyrənilməsinə əsaslanan yeni süni intellekt modeli hazırlayıblar. Bu model tozlu plazmada hissəciklərin davranışı ilə bağlı mövcud nəzəriyyəni dəqiqləşdirməyə kömək edib.

Adətən, alimlər maşın öyrənmə alqoritmlərindən böyük həcmdə məlumatların təhlili və ya təcrübələrin optimallaşdırılması üçün istifadə edirlər. Lakin bu dəfə süni intellekt modeli ən azı tozlu plazma mövzusunda təkbaşına yeni bir fiziki qanunauyğunluq kəşf edib. Tədqiqat PNAS jurnalında dərc olunub.

Plazma maddənin dördüncü halıdır və kainatdakı bütün adi maddələrin 99,9 faizini təşkil edir. Tozlu plazma isə ionlaşmış qazın elektriklə yüklənmiş toz hissəcikləri ilə qarışığından ibarətdir. Bu tip plazmaya həm kosmosda, həm də Yer üzündə rast gəlinir. Məsələn, meşə yanğınları zamanı tüstü ilə qarışan yüklü his hissəcikləri tozlu plazma əmələ gətirir.

Yeni süni intellekt modeli tozlu plazma fizikasının indiyədək ətraflı təsvirini təqdim edərək, “qarşılıqlı olmayan qüvvələr” üçün dəqiq proqnozlar verib. Bu qüvvələrdə A cismin B cisminə göstərdiyi təsir, B-nin A-ya göstərdiyi təsirlə bərabər və əks istiqamətli olmur, bu da Nyutonun üçüncü qanununu pozur. Sadə dildə desək, qarşılıqlı olmayan qüvvələr hissəciklər arasında cəlbetmə və itələmə qüvvələrinin bərabər olmadığı hallarda meydana çıxır. Alimlər bu fenomeni, hissəciklərin nisbi mövqelərinin qarşılıqlı qüvvələrə təsir etməsi kimi izah edirlər.

İllərdir nəzəriyyədə belə güman edilirdi ki, aparıcı hissəcik geridə qalanı özünə çəkir, lakin geridə qalan hissəcik aparıcını həmişə itələyir. Bu, nəzəri baxımdan ehtimal edilirdi, amma indi süni intellekt bu hadisəni təcrübi olaraq təsdiqləyib. Üstəlik, süni intellekt nəzəriyyədəki bəzi yanlış təsəvvürləri də düzəldib. Məsələn, əvvəlcə hissəciyin yükünün ölçüsü ilə mütənasib olduğu düşünülürdü. Lakin məlum olub ki, daha böyük hissəcikdə yük həqiqətən çox olsa da, bu, mütənasib deyil; çünki sıxlıq və temperatur da mühüm rol oynayır. Bundan başqa, hissəciklərarası yük yalnız məsafədən deyil, ölçülərdən də asılıdır.

Bu nəticəyə gəlmək alimlər üçün asan olmayıb. Çünki yeni fiziki hadisələri öyrənmək üçün geniş həcmli təlim məlumatları mövcud deyil. Buna görə də fiziklər süni intellektin mövcud məlumatları təhlil etməklə yanaşı, hələ kəşf edilməmiş fizikanı sərbəst şəkildə araşdıra biləcəyi xüsusi bir çərçivə yaradıblar.

Tədqiqatçılar hesab edirlər ki, düzgün istiqamətdə tətbiq edilərsə, süni intellekt elm dünyasında tamamilə yeni kəşflərin yolunu aça bilər.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri