Süni intellekt insanların əlindən iş yerlərini alacaq, yoxsa yenilərini yaradacaq?
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
"Doğrudur ki, süni intellekt (SI) həm rutin, həm də qeyri-rutin iş tapşırıqlarını avtomatlaşdırır. Ancaq bunun məşğulluğa real təsiri hələ də tam aydın deyil".
Ölkə.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, bir tərəfdən hesablamalar göstərir ki, avtomatlaşdırma iqtisadiyyatın inkişaf səviyyəsindən asılı olaraq iş yerlərinin 0,4%-dən 5,5%-dək azalmasına səbəb ola bilər:
"Üstəlik, mövcud SI texnologiyaları bütöv iqtisadiyyat miqyasında daha çox insan əməyini əvəz etməyə meyllidir, nəinki yeni imkanlar yaratmağa. Texnoloji inkişafın ön xəttində olan IT şirkətlərinin artıq kütləvi ixtisarlar etməsi də bunu gücləndirir.
Digər tərəfdən, təcrübə göstərir ki, SI peşələri deyil, daha çox tapşırıqları məhv edir və eyni anda yeni tapşırıqlar yaradır. Dünya İqtisadi Forumunun (WEF) 2024-cü ildə 1000-dən çox aparıcı qlobal işəgötürən arasında keçirdiyi sorğuya əsasən, 2025–2030 dövründə 170 milyon yeni iş yerinin yaranacağı, 92 milyon iş yerinin isə ixtisar olunacağı gözlənir. Yəni nəticədə xalis artım 78 milyon iş yeri ola bilər. Sorğuda iştirak edənlərin üçdə ikisi SI bacarıqları olan mütəxəssisləri işə götürməyi planlaşdırır, 40% isə avtomatlaşdırıla bilən sahələrdə ştatın azaldılacağını düşünür".
Deputat onu da qeyd edib ki, WEF-in proqnozuna görə, mövcud bacarıqların təxminən 40%-i yaxın beş ildə dəyişəcək:
"Başqa tədqiqatlar da göstərir ki, bəzi peşələrdə tapşırıqlar getdikcə avtomatlaşdırılır, digər peşələrdə isə ünsiyyət və yaradıcılıq tələb edən yeni, daha mürəkkəb tapşırıqlar yaranır. Bu fonda səhiyyə, təhsil, nəqliyyat, tikinti və sosial təminat kimi sahələrdə işçi tələbi artır. Maraqlısı odur ki, iqtisadiyyat rəqəmsallaşdıqca insana yönəlik bacarıqlara ehtiyac azalmır, əksinə arta bilər.
Yekunda bu, ümumi məşğulluğun kəskin azalmasına deyil, daha çox işçi qüvvəsinin yenidən bölüşdürülməsinə gətirib çıxaracaqdır. Əsas risk kütləvi işsizlik (çox güman ki, olmayacaq) yox, yenidən təlim, peşə dəyişimi və sosial adaptasiya ehtiyacıdır. Yəni gələcəyin məşğulluğu texnologiyadan çox, cəmiyyətin – dövlətin, biznesin, təhsil sisteminin – bu dəyişikliklərə necə hazırlaşmasından asılıdır".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 19 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















