Süni intellektlə bağlı qanun olacaq?
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Süni intellekt və sosial media ilə bağlı ayrıca qanunun qəbul edilməsi təklif olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin 30 sentyabr tarixli iclasında səsləndirib.
Deputat bildirib ki, süni intellekt və sosial media sürətlə insanların həyatına daxil olur və bu proseslərin idarə olunması getdikcə daha mürəkkəb xarakter alır.
C.Məmmədov xüsusilə sosial mediada baş verən proseslərin və kənardan edilən məqsədli müdaxilələrin narahatlıq doğurduğunu deyib:
“Bu baxımdan hesab edirəm ki, süni intellektdən düzgün istifadə və xüsusi təhlükəsizliklə bağlı məqamlar nəzərə alınaraq ayrıca həm süni intellektlə, həm də sosial media ilə bağlı bir qanunun qəbuluna ehtiyac var”.
O qeyd edib ki, bu istiqamətdə addımlar indidən atılmasa, gələcəkdə məsələnin daha da mürəkkəb hal alacağı istisna edilmir.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 30 Sentyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















