Icma.az
close
up
RU
Süni uşaq qidalarının qiyməti niyə artır?

Süni uşaq qidalarının qiyməti niyə artır?

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Süni uşaq qidalarının qiymətləri artmaqda davam edir. Bu da əksər ailələrin büdcəsinə uyğun deyil. İllərdir, sözügedən məsələ aktuallığını qoruyub saxlayır, qiymətlər isə tənzimlənmir.
Ümumiyyətlə artım hansı səbəblərdən, nəyə əsasən baş verir?
İqtisadçı - ekspert Xalid Kərimli Missiya.Az-a açıqlamasında deyib ki, Azərbaycana uşaq qidaları xaricdən gətirilir:
“Çünki ölkəmizdə həmin qidaları istehsal edən müəssisə yoxdur. Əgər Azərbaycanda hazırlansa, bu o demək deyil ki, qiymət mütləq ucuz olacaq. Süni uşaq qidalarının istehsalı sahəsində mütəxəssislərimiz, texnologiyamız və s. yoxdur. Azərbaycanda formalaşsa belə, sadaladığımız amillər hamısı xaricdən gətirilməli olacaq. Belə bir nəticəyə gəlmək düzgün deyil ki, ölkəmizdə sözügedən qidalar hazırlansaydı qiymətlər baha qiymətə müəyyən edilməzdi. Qiymətlərin yüksəlməsinin səbəblərinə: idxal, daşınma, saxlanma və s. kimi məqamlar daxildir. Əslində hər qiymətə süni uşaq qidaları görə bilirik. Brenddən asılı olaraq daha bahalı olanlar da var, daha aşağı qiymətə təklif edənlər də...”.

İqtisadçının sözlərinə görə, xüsusilə MDB məkanından bizə idxal olunan süni uşaq yeməkləri daha ucuz və əlverişlidir:
“Çünki həmin ölkələrdə ticarət rüsumları yoxdur və daşınma xərcləri isə daha optimaldır. Avropa, Amerikadan gələn uşaq qidaları kifayət qədər bahadır. Bu da alış, daşınma xərclərinin və rüsumların çox olmasından irəli gəlir. Hər bir vətəndaş öz cibinə, büdcəsinə uyğun olanı seçməlidir. Ya da doğru qaydasını öyrənib evdə hazırlamaq da mümkündür. Süni uşaq qidaları Azərbaycanda müvafiq qurumlar tərəfindən qiyməti tənzimlənən məhsullar sırasında deyil və bazarda formalaşır”.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://missiya.az
archiveBu xəbər 21 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri